Azərbaycanlı polis polkovniki Ukraynada yüksək vəzifəyə təyin olunub.
EDnews xəbər verir ki, bu barədə jurnalist Mübariz Aslanov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, polis polkovniki Zeynal Nəsirov Ukraynanın Jitomir Vilayəti Milli Polis Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Məlumata əsasən, Zeynal Nəsirov əslən Azərbaycanın Ağsu rayonundandır.
Onun yeni vəzifədə fəaliyyətə başladığı qeyd olunur.






