ABŞ Senatı Prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlara başlamasını məhdudlaşdıran İran Müharibəsi Səlahiyyətləri Qətnaməsini qəbul edib.
EDnews xəbər verir ki, qətnamə bundan əvvəl ABŞ Nümayəndələr Palatası tərəfindən də təsdiqlənib.
Sənədə əsasən, Prezident Konqresin rəsmi razılığı olmadan İrana qarşı hərbi əməliyyatlar həyata keçirə bilməyəcək. Qətnamənin qüvvəyə minməsi üçün isə sənədin Prezident Donald Tramp tərəfindən imzalanması tələb olunur.
Qeyd edək ki, ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. Qətnamənin qəbul olunması Vaşinqtonun Yaxın Şərq siyasəti və İranla münasibətləri baxımından mühüm addım kimi qiymətləndirilir.






