Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər olacaq.
EDnews xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, iyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində planlı təmir işləri aparılacaq.
Bu səbəbdən Yasamal və Nizami rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
"Azərişıq" ASC abonentlərdən yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edib.







