"A Pew Research Center" tərəfindən 36 ölkədə aparılan sorğu ABŞ prezidenti Donald Tramp-ın qlobal liderliyinə olan etimadın aşağı səviyyədə olduğunu göstərib.
EDnews xəbər verir ki, sorğunun nəticələrinə görə:
Yalnız 23% böyüklər Trampın dünya işlərində liderliyinə etibar edir
76% isə ona etibar etmir
Araşdırmada həmçinin ABŞ-nin ümumi beynəlxalq imici də qiymətləndirilib:
57% ABŞ-ni müsbət ölkə kimi görür
50% ABŞ-ni etibarsız tərəfdaş hesab edir
63% isə ABŞ-nin qlobal sülh və sabitliyə töhfə vermədiyini düşünür
Nəticələrə əsasən, bir çox ölkədə ABŞ və onun liderliyinə dair etimadın ötən illə müqayisədə azaldığı qeyd olunur.




.jpg)

