"SpaceX" şirkətinin təsisçisi İlon Maskın sərvəti 1 trilyon ABŞ dollarından aşağı düşərək 957 milyard dollara enib.
EDnews xəbər verir ki, bu, şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan Bloomberg Billionaires Index reytinqindən məlum olub.
Son dəyişikliklər nəticəsində iş adamının sərvəti 118 milyard ABŞ dolları azalıb.
İyunun 12-də Mask təsis etdiyi SpaceX şirkətinin səhmlərinin ticarətə çıxarılmasından sonra sərvəti 1 trilyon ABŞ dollarını ötən dünyada ilk şəxs olmuşdu. Beləliklə, o, təxminən iki həftə ərzində trilyoner statusunu qoruyub saxlayıb.
Xatırladaq ki, iyunun 22-də SpaceX-in səhmləri süni intellekt sahəsində layihələrin maliyyələşdirilməsi üçün investisiya səviyyəli istiqrazların ilk yerləşdirilməsinin elan edilməsindən sonra ardıcıl üç gün ucuzlaşmışdı.





.jpg)
