ABŞ Quru Qoşunları müdafiə sənayesindən bir il ərzində daha ucuz raket-interseptorların hazırlanmasını tələb edib.
EDnews xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, layihədə iri müdafiə şirkətləri ilə yanaşı, 100-ə yaxın startap da iştirak edəcək.
ABŞ ordusu yeni texnologiyaların ilk nümayişini altı ay ərzində görmək, bir il ərzində isə onların satın alınmasına başlamaq niyyətindədir.
Quru Qoşunlarının naziri Den Driskoll bildirib ki, Ukrayna və İran ətrafındakı münaqişələr bahalı raketlərə əsaslanan mövcud müdafiə modelinin zəif tərəflərini üzə çıxarıb.
Onun sözlərinə görə, bir ədədinin qiyməti təxminən 4 milyon dollar olan Patriot raketləri istehsal olunduğundan daha sürətlə istifadə edilir.





.jpg)
