Futbol üzrə dünya çempionatının qrup mərhələsində həlledici - üçüncü tura start verilir.
EDnews xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda azarkeşləri bir-birindən gərgin və maraqlı idman mübarizəsi gözləyir.
Turun ilk oyun günündə B qrupunda İsveçrə və Kanada yığmaları, həmçinin Bosniya və Herseqovina ilə Qətər milliləri üz-üzə gələcəklər. Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
İki turdan sonra B qrupunda Kanada və İsveçrə komandaları 4 xal toplayaraq birinci və ikinci yerləri bölüşürlər. Aktivlərində cəmi bir xal olan Bosniya və Herseqovina və Qətər komandaları isə müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.
C qrupunda isə Şotlandiya Braziliya ilə, Mərakeş isə Haiti ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 25-də Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.
C qrupunda iki turdan sonra 4 xalla Braziliya və Mərakeş milliləri birinci və ikinci yerlərin sahibidirlər, Şotlandiya 3 xalla üçüncü, xalı olmayan Haiti isə sonuncu pillədədir.
A qrupunun həlledici mübarizəsində isə iyunun 25-də saat 05:00-da Çexiya Meksika ilə, CAR Cənubi Koreya ilə vacib xallar uğrunda meydanda gücünü sınayacaq.
A qrupunun turnir cədvəlinə gəldikdə isə, Meksika 6 xalla liderdir, Cənubi Koreya 3 xalla ikinci yerdədir, Çexiya və CAR bir xalla üçüncü və dördüncü yerləri bölüşürlər.
Dünya çempionatı
III tur
24 iyun
B qrupu
23:00. İsveçrə - Kanada;
23:00. Bosniya və Herseqovina - Qətər.
25 iyun
C qrupu
02:00. Şotlandiya - Braziliya;
02:00. Mərakeş - Haiti.
A qrupu
05:00. Çexiya - Meksika;
05:00. CAR - Cənubi Koreya.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.







