Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük tədarükü həyata keçirilib.
EDnews xəbər verir ki, 6 vaqondan ibarət, ümumi çəkisi 408 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Məlumata görə, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, eləcə də müxtəlif sənaye məhsulları daşınıb.
Qeyd edilib ki, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana neft məhsullarının ixracı da həyata keçirilir və bu istiqamətdə tədarüklər davam edir.







