Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saat ərzində cüzi artım göstərərək 2,19 trilyon dollar səviyyəsinə yüksəlib.
EDnews xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bazardakı ümumi dinamika əsas kriptoaktivlərdə qarışıq tendensiya ilə müşahidə olunub.
Belə ki, “Bitcoin”in qiyməti 63 991 dollar təşkil edib ki, bu da sutkalıq 0,16% artım deməkdir. “Ethereum” isə 0,11% ucuzlaşaraq 1 728 dollar səviyyəsinə enib. “BNB” 0,19% bahalaşaraq 590,8 dollara yüksəlib.
Qızıl ilə təmin edilmiş rəqəmsal aktivlərdən “PAX Gold” 0,76%, “Tether Gold” isə 0,81% dəyər itirib.
Digər altkoinlər arasında “Monero” 2,31%, “Zcash” 1,10% artım göstərib. “BitTensor” 1,45%, “Bitcoin Cash” isə 1,38% ucuzlaşıb.
Analitiklər bazardakı bu qarışıq mənzərəni ABŞ-də faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı gözləntilər və qlobal geosiyasi risklərin investisiya qərarlarına təsiri ilə əlaqələndirirlər.







