Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara - XƏBƏRDARLIQ

Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara - <span class="text-danger">XƏBƏRDARLIQ</span>

“Bu ilin iyun ayının 1-dən elektron ticarət vasitəsilə alınan malların Azərbaycana gətirilməsində “smart-customs” sistemində gömrük bəyannaməsinin tərtibi üçün yeni yanaşmaların tətbiqi müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldəcək”.

EDnews xəbər verir ki, bunu “Report” və İTV-yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov deyib.

“Artıq identifikasiya prosesi “ASAN İmza”, SİMA, “MyGOV QR” vasitəsilə reallaşdırılır. Bu həm şəffaflığı artırır, həm də dövlətimiz tərəfindən müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldir.

Biz əminik ki, bu ticarət növündən sui-istifadə edən şəxslər bundan sonra malları yalnız şəxsi istifadə məqsədilə xarici ölkədən gətirəcəklər, kommersiya məqsədli olduğu halda isə adi qaydada bəyan edərək, müvafiq gömrük ödənişlərini dövlət büdcəsinə ödəyəcəklər”, - Ş. Bağırov vurğulayıb.

Onun sözlərinə görə, elektron ticarət yolları ilə malların alınması əsasən fiziki şəxslər tərəfindən həyata keçirilir:

“Burada rəqəmləri də açıqlamaq istərdim. 2025-ci ildə bu göstərici 1,2 milyondan çox insanı əhatə edib - onlar elektron ticarət vasitəsilə müxtəlif əşyaları xarici ölkələrdən sadələşdirilmiş qaydalar çərçivəsində əldə ediblər. Bunun ümumi həcmi 501 milyon ABŞ dolları təşkil edir. Bu, ciddi bir rəqəmdir. Həmin vətəndaşlar tərəfindən 16 milyon bəyannamə təqdim olunub. Bu, sadələşdirilmiş prosedurlarla gətirilən mal həcmidir və yaxın coğrafiyada yerləşən ölkələrin təcrübəsinə nəzər salsaq, Azərbaycan bu sahədə lider mövqedədir.

Vətəndaş yönümlü, sosial yönümlü ticarətin, elektron ticarətin dəstəklənməsi baxımından ölkəmiz öndədir. Bununla yanaşı, əlbəttə, burada qaydalara əməl olunması zəruridir, çünki elektron ticarət öz-özlüyündə hər hansı məhsulun tamamilə sərbəst şəkildə gətirilməsi anlamına gəlmir. Qaydalara riayət olunmalıdır - bəyannamədə gömrük dəyəri düzgün göstərilməlidir. Burada mütəmadilik prinsipi əhəmiyyətlidir, çünki bir sıra hallarda bəzi vətəndaşlar bundan sui-istifadə etməyə meyl göstərirlər. Çoxsaylı malları şəxsi istifadə adı altında ölkəyə gətirirlər, nəticədə gömrük ödənişlərindən yayınırlar. Bunun qarşısını almaq üçün biz hesab edirik ki, biznesə bu barədə məlumat veririk, onlarla görüşlər təşkil edirik”.

DGK sədri xatırladıb ki, gömrük dəyərinin təyin edilməsi üçün 6 üsul mövcuddur. Bu üsullar beynəlxalq normalarla müəyyən edilmiş üsullardır və gömrük dəyərləndirilməsi zamanı məhz bu üsullara istinad olunur və onun əsasında hesablamalar həyata keçirilir, o bildirib.

“Burada 6 üsulun ən əsaslarından biri sövdələşmə qiymətlərinə əsaslanan üsuldur. Sövdələşmə qiymətləri əsasında gömrük dəyərinin təyin edilməsi nəyi ifadə edir? Bu, qarşılıqlı etibar deməkdir, yəni gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki və sənədlərdəki məlumatlar həqiqətən doğru və düzgündür, burada əlavə yoxlamalara, dəyərin korreksiyasına lüzum yaranmır.

Təqdim edilmiş məlumatlar əsas götürülür. Sevindirici haldır ki, artıq birinci dəyərləndirmə üsulu, yəni gömrük orqanlarına təqdim edilmiş məlumatlara əsaslanan üsul 76,4%-ə çatıb. İllər üzrə müqayisə aparsaq, əvvəllər bu göstərici daha aşağı idi. Bu, o deməkdir ki, biznes artıq məlumatlıdır, hansı sənədləri təqdim etməli olduğunu, gömrük prosedurlarında könüllü riayətetmənin nədən ibarət olduğunu bilir.

Könüllü riayətetmənin əsas prinsipi ondan ibarətdir ki, hər bir sahibkar könüllü riayət vasitəsilə məhz öz dövlətinə xidmət göstərir. Bu yolla - könüllü riayətetmə, vaxtında ödəniş etmə - dövlətimizə, iqtisadiyyatımıza, ümumi rifahımıza töhfə verilir. Buna görə bu ümdə məsələlər olduğundan, çoxsaylı sahibkarlıq subyektləri məhz bu hədəflər istiqamətində fəaliyyət göstərir. Biz mərkəzi icra hakimiyyəti orqanı kimi buna böyük əhəmiyyət veririk”, - Ş. Bağırov qeyd edib.

Xəbər xətti

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı - Paylaşım
00:50
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara - XƏBƏRDARLIQ
00:25
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
00:16
Almaniya millisi bu gecə qrupdakı sonuncu oyununa çıxacaq
00:09
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
00:00
26.06.2026
Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub
23:45
İsrail Prezidentini daşıyan hərbi helikopter təcili eniş edib
23:30
Prezident sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilb - VİDEO
23:16
TikTok fenomenini edam cəzası gözləyir
22:43
Almaniya kansleri cəbhə xəttinin dondurulmasına çağırıb
22:36
Sabah Azərbaycandan Ermənistana yanacaq göndəriləcək
22:07
Oman sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub
21:59
Ukrayna Rusiyaya qarşı yeni mərhələyə başlayır
21:27
İran FİFA-dan LGBT tədbirinin ləğvini tələb edib
21:20
ABŞ İrana məxsus vəsaitlərə ciddi nəzarət edəcək
21:10
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla telefonla danışıb
20:43
"Qarabağ" Yamayka millisinin futbolçusunu transfer etdi
20:36
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Arxivinin rəhbəri ilə görüşüb
20:28
“Bakı Sessiyası İslam dünyasında parlament diplomatiyasının inkişafına yeni təkan verdi” - Millət vəkili
20:15
Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb
19:57
Moskvada raket hücumu təhlükəsi elan edilib
19:40
Ermənistan parlamentinin sədri dəyişir
19:27
Azərbaycanda attestat və diplomlar elektronlaşdırılır
19:10
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
19:07
Hərbçilərimiz “Anadolu Qartalı - 2026” təlimində iştirak edir
18:59
Rusiya XİN ABŞ-dəki altı obyektin qaytarılmasını tələb edir
18:55
Danimarka Hörmüz boğazı missiyasına qoşulur
18:45
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür edib
18:42
Polyanski: "Aİ Ukraynadan sonra Rusiya ilə birbaşa münaqişəyə hazırlaşır"
18:37
Ermənistanda Tsarukyanın toxunulmazlığının ləğvi istənilib
18:31
Əli Əsədov yeni qərar İMZALAYIB
17:54
Sabah bu ərazilərdə hərbi orkestrlərin müşayiəti ilə YÜRÜŞLƏR OLACAQ
17:42
Rusiya bu ölkənin konsulluğunu bağlayacaq
17:30
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib - FOTOLAR
17:20
Doktorantura və dissertantura üzrə qəbul imtahanı keçirilib
17:03
Ceyhun Bayramov və Kuleba görüşüblər
17:00
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
16:55
Şəhid olmuş bir qrup hərbi qulluqçu təltif olundu
16:30
Onlara "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
16:25
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
16:25
"Range Rover" "Mercedes"lə toqquşdu: ÖLƏN VAR
16:19
Hikmət Hacıyev Makronun müşaviri ilə MÜZAKİRƏ APARDI
16:09
Azərbaycanda 107 mindən çox şagird var
16:05
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" DƏYİŞDİ
16:02
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib - FƏRMAN
15:58
Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış - FOTOLAR
15:54
Ceyhun Bayramov Polşada Konfransda iştirak edib
15:38
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırıldı
15:36
Bakıda "növbəli su" qrafiki: PROBLEM NƏ VAXT HƏLLİNİ TAPACAQ?
15:15
Paşinyan Azərbaycan ərazisindən internetin tranzitindən danışıb
15:02
MM-in növbəti iclası keçiriləcək
14:58
Prezident İlham Əliyev 3 fərman imzaladı
14:41
Ceyhun Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü
14:39
Türkiyə son oyununa çıxır: Gözlər bu matçda
14:25
NATO öncəsi Trampdan TÜRKİYƏ ETİRAFI: “Bu güc TƏSADÜFİ DEYİL”
14:17
“Azərbaycan Avropa Şurasını tərk edə bilər”: BAKININ SƏBRİ DAŞIR
14:14
Muxtar Babayev Kralla görüşüb - FOTO
13:55
Azərbaycan XİN Venesuelaya başsağlığı verdi
13:45
ABB müştərilərinin DİQQƏTİNƏ!
13:27
Ermənistan KTMT-ni tərk edir? – SON AKKORDLAR
13:21
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR