ABŞ-nin energetika naziri Kris Rayt İrana məxsus dondurulmuş aktivlərdən azad ediləcək vəsaitlərin xərclənməsinə ciddi nəzarət olunacağını bildirib.
EDnews xəbər verir ki, nazirin sözlərinə görə, sözügedən vəsaitlərin necə istifadə ediləcəyi ciddi şəkildə monitorinq olunacaq.
O, həmçinin qeyd edib ki, İran neftinə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması Tehrana öz neftini digər bazarlarda satmağa və ödənişləri ABŞ dolları ilə qəbul etməyə imkan verəcək.






