Oman sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub.
EDnews xəbər verir ki, Omanın cənub-şərqində yük gəmisinin naməlum mərmi ilə vurulduğunu açıqlanıb.
Məlumata görə, hadisə cümə axşamı yerli vaxtla saat 14:10-da Omanın Dahit bölgəsindən 7,5 dəniz mili cənub-şərqdə qeydə alınıb.
Bildirilib ki, naməlum mərmi gəminin sağ bortuna dəyərək idarəetmə körpüsünə ziyan vurub.
Hadisə nəticəsində xəsarət alan olmayıb və ətraf mühitə hər hansı zərərin dəymədiyi qeyd olunub.







