Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentinin sədri vəzifəsinə Ruben Rubinyanın namizədliyinin irəli sürüldüyünü açıqlayıb.
EDnews xəbər verir ki, Paşinyanın sözlərinə görə, hazırda Ermənistan parlamentinin vitse-spikeri vəzifəsində çalışan Ruben Rubinyanın spiker postuna namizədliyi təqdim olunub.
Qeyd edək ki, Ruben Rubinyan uzun illərdir hakim siyasi komandada təmsil olunur və Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi kimi də fəaliyyət göstərib.
Parlamentdə keçiriləcək səsvermədən sonra Rubinyanın qanunverici orqanın yeni sədri olub-olmayacağı müəyyənləşəcək.







