İvan Gil Pinto Venesuelada baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar göstərilən həmrəyliyə görə Azərbaycana minnətdarlığını ifadə edib.
EDnews xəbər verir ki, Venesuelanın xarici işlər naziri bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə minnətdarlığını bildirir", - deyə nazir qeyd edib.
Qeyd edək ki, Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində azı 164 nəfər həyatını itirib, 1000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Azərbaycan tərəfi təbii fəlakətlə əlaqədar Venesuela xalqına başsağlığı verərək həmrəylik nümayiş etdirmişdi.







