Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüş keçirib.
EDnews xəbər verir ki, Hikmət Hacıyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüş məhsuldar şəraitdə keçib və tərəflər Azərbaycan ilə NATO arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - deyə H.Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, görüş zamanı Azərbaycan ilə NATO arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əldə olunan irəliləyiş xüsusi vurğulanıb.
Bununla yanaşı, tərəflər Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektlərini və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri də müzakirə ediblər.







