“Bakı Sessiyası İslam dünyasında parlament diplomatiyasının inkişafına yeni təkan verdi” - Millət vəkili

“Bakı Sessiyası İslam dünyasında parlament diplomatiyasının inkişafına yeni təkan verdi” - <span class="text-danger">Millət vəkili</span>

Azərbaycanın beynəlxalq diplomatik mərkəz kimi mövqeyi daha bir nüfuzlu tədbirə uğurla ev sahibliyi etməklə təsdiqləndi. Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci Sessiyası parlamentlərarası əməkdaşlığın inkişafı baxımından, eləcə də İslam dünyasının qarşısında duran aktual çağırışlara vahid yanaşmanın formalaşdırılması nöqteyi-nəzərindən mühüm  hadisədir. Sessiyanın Bakıda keçirilməsi Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətə verilən yüksək qiymətin ifadəsidir. 

Cənab Prezidentin sessiyanın iştirakçılarına ünvanladığı müraciətdə də qeyd olunduğu kimi, “Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasından 35 il ötür. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. “

Son illərdə Azərbaycan beynəlxalq dialoq, sivilizasiyalararası əməkdaşlıq və çoxtərəfli diplomatiyanın təşviqi sahəsində mühüm təşəbbüslərlə çıxış edir. Bakı artıq qlobal siyasi, iqtisadi və humanitar platformaların görüş məkanına çevrilib. Yubiley xarakteri daşıyan 20-ci Sessiyanın məhz Azərbaycanda keçirilməsi ölkəmizin İslam dünyasında artan nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir. 

Sessiya çərçivəsində parlament diplomatiyasının imkanlarının genişləndirilməsi, üzv dövlətlər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlıq, davamlı inkişaf, mədəni irsin qorunması, humanitar məsələlər və regional təhlükəsizlik mövzuları geniş müzakirə edildi. Müasir dövrdə qlobal siyasi proseslərin mürəkkəbləşdiyi, beynəlxalq hüququn selektiv tətbiqi hallarının artdığı bir şəraitdə İslam ölkələrinin vahid mövqedən çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Bakı sessiyası üzv ölkələrin ortaq maraqlarının müdafiəsi üçün parlamentlərarası koordinasiyanın gücləndirilməsinə mühüm töhfə verdi.

Tədbirin mühüm nəticələrindən biri də parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində rolunun artırılması ilə bağlı çağırışların səsləndirilməsi oldu. Dövlətlərarası münasibətlərdə parlamentlərin fəal iştirakı qarşılıqlı etimadın möhkəmlənməsinə, xalqlar arasında əlaqələrin inkişafına və münaqişələrin siyasi dialoq yolu ilə həllinə əlavə imkanlar yaradır. Bakı sessiyası bu baxımdan parlament diplomatiyasının effektiv platforma olduğunu bir daha nümayiş etdirdi.

Sessiyada müzakirə olunan əsas məsələlərdən biri də müsəlman ölkələrinin qarşılaşdığı təhlükəsizlik və humanitar problemlər idi. Xüsusilə bəzi regionlarda davam edən münaqişələr, humanitar böhranlar, qaçqın və məcburi köçkün problemləri, islamofobiya və ayrı-seçkilik meyillərinə qarşı mübarizə məsələləri diqqət mərkəzində saxlanıldı. Bu problemlərə münasibətdə ortaq yanaşmaların formalaşdırılması İslam həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan üçün sessiyanın xüsusi əhəmiyyəti həm də ölkəmizin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqların, sülh gündəliyinin və bərpa-quruculuq prosesinin bu platforma vasitəsilə dünyaya çatdırılması ilə bağlıdır. Bakı platforması Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin daha geniş auditoriyaya təqdim olunmasına əlavə imkan yaratdı.

Sözügedən sessiya həmçinin Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək potensialını bir daha nümayiş etdirdi. Son illərdə COP29, Ümumdünya Şəhərsalma Forumu, İslam İnkişaf Bankının İllik Toplantıları və digər nüfuzlu beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizin qlobal əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirib.

Bakı Sessiyası İslam dünyasında parlament diplomatiyasının inkişafına təkan verdi, üzv dövlətlər arasında həmrəyliyin möhkəmlənməsinə xidmət etdi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını təsdiqlədi. Bu tədbir bir daha göstərdi ki, Azərbaycan bütövlükdə İslam coğrafiyasında dialoq, əməkdaşlıq və qarşılıqlı etimadın təşviqində mühüm rol oynayan dövlətlərdən biridir.

2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Azərbaycan Prezidenti bəyan edib ki, “sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.”

WhatsApp-Image-2026-06-25-at-19.54.26.jpeg

Xəbər xətti

Ukrayna Rusiyaya qarşı yeni mərhələyə başlayır
21:27
İran FİFA-dan LGBT tədbirinin ləğvini tələb edib
21:20
ABŞ İrana məxsus vəsaitlərə ciddi nəzarət edəcək
21:10
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla telefonla danışıb
20:43
"Qarabağ" Yamayka millisinin futbolçusunu transfer etdi
20:36
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Arxivinin rəhbəri ilə görüşüb
20:28
“Bakı Sessiyası İslam dünyasında parlament diplomatiyasının inkişafına yeni təkan verdi” - Millət vəkili
20:15
Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb
19:57
Moskvada raket hücumu təhlükəsi elan edilib
19:40
Ermənistan parlamentinin sədri dəyişir
19:27
Azərbaycanda attestat və diplomlar elektronlaşdırılır
19:10
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
19:07
Hərbçilərimiz “Anadolu Qartalı - 2026” təlimində iştirak edir
18:59
Rusiya XİN ABŞ-dəki altı obyektin qaytarılmasını tələb edir
18:55
Danimarka Hörmüz boğazı missiyasına qoşulur
18:45
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür edib
18:42
Polyanski: "Aİ Ukraynadan sonra Rusiya ilə birbaşa münaqişəyə hazırlaşır"
18:37
Ermənistanda Tsarukyanın toxunulmazlığının ləğvi istənilib
18:31
Əli Əsədov yeni qərar İMZALAYIB
17:54
Sabah bu ərazilərdə hərbi orkestrlərin müşayiəti ilə YÜRÜŞLƏR OLACAQ
17:42
Rusiya bu ölkənin konsulluğunu bağlayacaq
17:30
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib - FOTOLAR
17:20
Doktorantura və dissertantura üzrə qəbul imtahanı keçirilib
17:03
Ceyhun Bayramov və Kuleba görüşüblər
17:00
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
16:55
Şəhid olmuş bir qrup hərbi qulluqçu təltif olundu
16:30
Onlara "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
16:25
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
16:25
"Range Rover" "Mercedes"lə toqquşdu: ÖLƏN VAR
16:19
Hikmət Hacıyev Makronun müşaviri ilə MÜZAKİRƏ APARDI
16:09
Azərbaycanda 107 mindən çox şagird var
16:05
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" DƏYİŞDİ
16:02
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib - FƏRMAN
15:58
Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış - FOTOLAR
15:54
Ceyhun Bayramov Polşada Konfransda iştirak edib
15:38
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırıldı
15:36
Bakıda "növbəli su" qrafiki: PROBLEM NƏ VAXT HƏLLİNİ TAPACAQ?
15:15
Paşinyan Azərbaycan ərazisindən internetin tranzitindən danışıb
15:02
MM-in növbəti iclası keçiriləcək
14:58
Prezident İlham Əliyev 3 fərman imzaladı
14:41
Ceyhun Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü
14:39
Türkiyə son oyununa çıxır: Gözlər bu matçda
14:25
NATO öncəsi Trampdan TÜRKİYƏ ETİRAFI: “Bu güc TƏSADÜFİ DEYİL”
14:17
“Azərbaycan Avropa Şurasını tərk edə bilər”: BAKININ SƏBRİ DAŞIR
14:14
Muxtar Babayev Kralla görüşüb - FOTO
13:55
Azərbaycan XİN Venesuelaya başsağlığı verdi
13:45
ABB müştərilərinin DİQQƏTİNƏ!
13:27
Ermənistan KTMT-ni tərk edir? – SON AKKORDLAR
13:21
Paşinyan hökumətinin tərkibində dəyişiklik prosesindən danışıb
13:16
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşdü
13:09
Sabahın hava proqnozu açıqlandı
12:55
II və III ixtisas qrupları üzrə II cəhd imtahanları keçiriləcək
12:48
Tiktoker “Arzum 999”un məhkəməsindən XƏBƏR VAR
12:37
“Günah uşaqlarda yox, VALİDEYNLƏRDƏDİR!” - SOSİOLOQ
12:30
İraq da OPEC-dən çıxacaq? - AÇIQLANDI
12:25
MTN generalı azadlığa çıxıb
12:08
Futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
11:58
Şuşanın Sarıbaba kəndində ərazilər minadan təmizlənib
11:48
Dini konfessiya rəhbərləri Aşura günü qanvermə aksiyasında iştirak ediblər - FOTOLAR
11:38
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
11:33
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR