Zelenski Rusiyaya qarşı 40 günlük əməliyyatı təsdiqləyib.
EDnews xəbər verir ki, Ukrayna Prezidenti Vlodimir Zelenski müharibənin başa çatdırılmasına nail olmaq məqsədilə Rusiyaya qarşı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış 40 günlük təsir əməliyyatını təsdiqlədiyini açıqlayıb.
Zelenski bildirib ki, sözügedən əməliyyatın məqsədi təcavüzkar dövlətə təzyiq göstərmək və müharibənin sona çatdırılması istiqamətində nəticə əldə etməkdir.
Ukrayna lideri əməliyyatın detalları barədə əlavə məlumat verməyib.






