Ermənistan KTMT-ni tərk edir? – SON AKKORDLAR

Ermənistan KTMT-ni tərk edir? <span class="text-danger">– SON AKKORDLAR</span>

Son dövrlər İrəvanla Moskva arasında artan fikir ayrılıqları fonunda Ermənistanın təşkilatdan uzaqlaşması ilə bağlı ehtimallar səsləndirilsə də, ekspertlər bunun yaxın perspektivdə real görünmədiyini bildirirlər.

Son olaraq Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, Rusiya Ermənistanın KTMT-də iştirakı ilə bağlı qərar verməsini gözləyir, ya təşkilatda qalacaq, ya da fərqli bir ssenariyə üstünlük verəcək. 

Politoloq Rəşad Bayramlı EDnews-a açıqlamasında bildirib ki, Viktor Vasilyevin Ermənistanın KTMT-dəki gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər əslində Moskvanın İrəvana yönəlmiş siyasi mesajı kimi dəyərləndirilə bilər. 

cd00da85-27ed-4d12-bdbe-4468126b31c5.jpg

Onun sözlərinə görə, son iki ildə Ermənistanla Rusiya arasında yaranmış fikir ayrılıqları artıq təkcə ikitərəfli münasibətlər çərçivəsində qalmayıb, eyni zamanda KTMT-nin gələcək taleyi ilə bağlı da suallar yaradıb. 

Politoloq qeyd edib ki, Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətindən müəyyən qədər uzaqlaşıb. Belə ki, İrəvan bir sıra sammitlərdə iştirak etməyib, hərbi təlimlərə qoşulmayıb, maliyyə öhdəliklərini yerinə yetirməyib və bəzi qərarlara açıq etiraz nümayiş etdirib. Bu isə hüquqi üzvlüklə siyasi iştirak arasında fərqin yaranmasına səbəb olub.

Bununla belə, ekspert hesab edir ki, Ermənistanın yaxın zamanda KTMT-dən rəsmi şəkildə çıxması üçün hələ tam siyasi və təhlükəsizlik şərtləri formalaşmayıb.

“Ermənistan Qərblə münasibətləri genişləndirsə də, ölkənin təhlükəsizlik, enerji və iqtisadi sahələrdə Rusiyadan asılılığı tam aradan qalxmayıb. Eyni zamanda alternativ təhlükəsizlik mexanizmləri də hələ tam formalaşmayıb. Avropa İttifaqı və Qərb ölkələri siyasi dəstək göstərə bilsələr də, KTMT modelini praktik olaraq əvəz edə bilmirlər”, – deyə o vurğulayıb.

Rəşad Bayramlı əlavə edib ki, Ermənistanda fəaliyyət göstərən beynəlxalq müşahidə missiyaları və ayrı-ayrı hərbi əməkdaşlıq təşəbbüsləri uzunmüddətli təhlükəsizlik təminatı anlamına gəlmir.

Ekspertin fikrincə, məsələdə Rusiyanın mövqeyi də həlledicidir. Moskva Ermənistanın təşkilatda qalmasını daha məqsədəuyğun hesab edir. Çünki Ermənistanın çıxışı KTMT-nin nüfuzuna zərbə vura və digər üzv ölkələr arasında əlavə suallar yarada bilər.

“Ermənistanın uzaqlaşdırılması onun Qərbə inteqrasiyasını sürətləndirə bilər ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Buna görə də Kreml uzun müddətdir sərt addımlar atmır və mövcud strukturu qorumağa çalışır”, – deyə politoloq bildirib.

Sonda Rəşad Bayramlı vurğulayıb ki, sərt bəyanatlara baxmayaraq nə Ermənistanın yaxın dövrdə təşkilatdan çıxmaq qərarı verəcəyi, nə də KTMT tərəfindən təşkilatdan uzaqlaşdırılacağı inandırıcı görünür.

Qeyd edək ki, Ermənistan uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantılarında iştirak etmir. 

Xəbər xətti

Ceyhun Bayramov Polşada Konfransda iştirak edib
15:38
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırıldı
15:36
Bakıda "növbəli su" qrafiki: PROBLEM NƏ VAXT HƏLLİNİ TAPACAQ?
15:15
Paşinyan Azərbaycan ərazisindən internetin tranzitindən danışıb
15:02
MM-in növbəti iclası keçiriləcək
14:58
Prezident İlham Əliyev 3 fərman imzaladı
14:41
Ceyhun Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü
14:39
Türkiyə son oyununa çıxır: Gözlər bu matçda
14:25
NATO öncəsi Trampdan TÜRKİYƏ ETİRAFI: “Bu güc TƏSADÜFİ DEYİL”
14:17
“Azərbaycan Avropa Şurasını tərk edə bilər”: BAKININ SƏBRİ DAŞIR
14:14
Muxtar Babayev Kralla görüşüb - FOTO
13:55
Azərbaycan XİN Venesuelaya başsağlığı verib
13:45
ABB müştərilərinin DİQQƏTİNƏ!
13:27
Ermənistan KTMT-ni tərk edir? – SON AKKORDLAR
13:21
Paşinyan hökumətinin tərkibində dəyişiklik prosesindən danışıb
13:16
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşdü
13:09
Sabahın hava proqnozu açıqlandı
12:55
II və III ixtisas qrupları üzrə II cəhd imtahanları keçiriləcək
12:48
Tiktoker “Arzum 999”un məhkəməsindən XƏBƏR VAR
12:37
“Günah uşaqlarda yox, VALİDEYNLƏRDƏDİR!” - SOSİOLOQ
12:30
İraq da OPEC-dən çıxacaq? - AÇIQLANDI
12:25
MTN generalı azadlığa çıxıb
12:08
Futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
11:58
Şuşanın Sarıbaba kəndində ərazilər minadan təmizlənib
11:48
Dini konfessiya rəhbərləri Aşura günü qanvermə aksiyasında iştirak ediblər - FOTOLAR
11:38
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
11:33
Bakı metrosunda hərəkət qrafiki DƏYİŞDİRİLƏCƏK
11:25
İƏT-də Bakı Bəyannaməsi qəbul olunub
11:15
NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycandadır
11:10
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
11:07
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası davam edir
10:57
Ehtiyatsızlıq faciə ilə nəticələndi - NAXÇIVANDA AZYAŞLI ÖLDÜ
10:50
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları davam edir - YENİLƏNİB
10:39
Rusiyanın daha bir neft bazası vurulub
10:29
Meksika yığması tarixi rekorda imza atıb
10:22
Tramp Ərdoğanla bağlı: "Mən ondan qarışmamağı xahiş etdim”
09:56
Dənizdə batan dörd dostdan sonuncusunun da MEYİTİ TAPILDI
09:45
Venesueladakı zəlzələdə 32 nəfər öldü
09:41
AHİK nazirliklə birgə “Sağlam gələcək” layihəsinə start verdi - Fotolar
09:37
SON DƏQİQƏ! Paytaxtda maşın yandı
09:32
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
09:24
Bu günün valyuta məzənnələri
09:20
"Brent" markalı neftin qiyməti 73 dollardan aşağı enib
09:16
Bu ölkədə pensiya yaşı QALDIRILDI
09:07
CAR tarixində ilk dəfə pley-off-da
09:04
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? — Araşdırma
08:16
Süni intellektlə ətir hazırlandı
08:04
Krım üçün 100 il sonra gələn təhlükə...
07:52
Venesuelada son vəziyyət - Fotolarda
07:41
Dünya liderlərinin qonaq olduğu Çertoza villası satıldı
07:32
Meksika cəngəlliklərində qədim şəhər aşkarlandı - FOTO
07:13
YENİDƏN ÜZÜ QARABAĞA: Növbəti köç karvanları yola salınır
07:00
Tarixi danışıqlar zamanı futbola baxırmışlar...
06:45
Rodrigesdən Trampa çağırış: Buna hazırıq!
06:31
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
06:09
Tramp: Minabdakı məktəbə hücumu ABŞ həyata keçirməyib
05:42
Tramp: İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etməsi ABŞ ilə razılaşmanın qarşısını alardı
05:23
Qalapaqos adalarında dəhşətli hadisə
04:48
Ölümcül epidemiya bu tarixdə başa çatacaq
04:21
Braziliya qrup lideri kimi 1/16 finalda - Yenilənib
04:16
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR