Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? — Araşdırma

Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? — <span class="text-danger">Araşdırma</span>

Almaniyanın Yulix Tədqiqat Mərkəzinin mütəxəssisləri yuxusuzluğun beyin fəaliyyətinə təsiri ilə bağlı əhəmiyyətli faktlar aşkarlayıblar. Tədqiqatçıların qənaətinə görə, cəmi bir gecə oyaq qalmaq beyindəki sinir hüceyrələri arasında əlaqələrin güclənməsinə səbəb olur.

Bu proses yuxunun beynin normal balansını bərpa etmək üçün nə dərəcədə vacib olduğunu növbəti dəfə sübut edir. Elm adamlarının gəldiyi nəticələr nüfuzlu "PLOS Biology" jurnalında işıq üzü görüb.

İnsan oyaq olduğu müddətdə beyin davamlı şəkildə yeni məlumatları emal edir, xatirələr formalaşdırır və ətraf mühitə uyğunlaşır. Sözügedən fəaliyyət neyronlar arasındakı siqnalları ötürən sinapsların, yəni təmas nöqtələrinin bərkiməsi ilə müşayiət olunur. Lakin bu əlaqələrin həddindən artıq güclənməsi orqanizmdən böyük enerji tələb edir və sinir sisteminin işini çətinləşdirir.

Elmi iddialara görə, beyin yuxu zamanı həmin əlaqələri yenidən tənzimləyir, onların bir qismini zəiflədir və sistemi tarazlıq vəziyyətinə qaytarır. İndiyədək bu fərziyyə əsasən heyvanlar üzərində aparılan sınaqlarda təsdiqini tapmışdı.

Yeni elmi iş çərçivəsində mütəxəssislər nəzəriyyəni insanlar üzərində yoxlayıblar. Eksperimentdə qırx könüllü iştirak edib və onların yarısı gecəni tamamilə yuxusuz keçirib. Pozitron-emission tomoqrafiya üsulunun köməyilə beyindəki sinapsların sayını göstərən "SV2A" zülalının səviyyəsi ölçülüb.

Təxminən iyirmi səkkiz saatlıq fasiləsiz oyaqlıqdan sonra yuxudan məhrum qalan şəxslərdə bu zülalın miqdarının artdığı müəyyən olunub. Artım beynin yaddaş formalaşdırılmasına cavabdeh olan hippokamp və məlumat ötürülməsini tənzimləyən talamus kimi vacib nahiyələrində qeydə alınıb.

Daha sonra könüllülərə iki saat yatmaq imkanı verilib. "SV2A" zülalının səviyyəsi ən yüksək olan şəxslərdə dərin yuxu fazasının göstəricisi sayılan yavaş dalğalı aktivlik daha qabarıq formada müşahidə edilib. Bu da orqanizmin istirahətə olan ciddi tələbatından xəbər verir.

Mütəxəssislər qeydə alınan dəyişikliklərin nisbətən kiçik miqyaslı olduğunu və sözügedən zülalın sinaptik əlaqələrin sayını dolayı yolla əks etdirdiyini bildirirlər. Bununla belə, araşdırma yuxu çatışmazlığının neyron şəbəkələrinin strukturunda ölçülə bilən dəyişikliklər yaratdığını nümayiş etdirir. Əldə olunan nəticələr beynin sağlam fəaliyyəti üçün yuxunun əvəzedilməz rolunu növbəti dəfə sübuta yetirir.

Xəbər xətti

Rusiyanı daha bir neft bazası vurulub
10:29
Meksika yığması tarixi rekorda imza atıb
10:22
Tramp Ərdoğanla bağlı: "Mən ondan qarışmamağı xahiş etdim”
09:56
Dənizdə batan dörd dostdan sonuncusunun da MEYİTİ TAPILDI
09:45
Venesueladakı zəlzələdə 32 nəfər öldü
09:41
AHİK nazirliklə birgə “Sağlam gələcək” layihəsinə start verdi - Fotolar
09:37
SON DƏQİQƏ! Paytaxtda maşın yandı
09:32
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
09:24
Bu günün valyuta məzənnələri
09:20
"Brent" markalı neftin qiyməti 73 dollardan aşağı enib
09:16
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
09:10
Bu ölkədə pensiya yaşı QALDIRILDI
09:07
CAR tarixində ilk dəfə pley-off-da
09:04
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? — Araşdırma
08:16
Süni intellektlə ətir hazırlandı
08:04
Krım üçün 100 il sonra gələn təhlükə...
07:52
Venesuelada son vəziyyət - Fotolarda
07:41
Dünya liderlərinin qonaq olduğu Çertoza villası satıldı
07:32
Meksika cəngəlliklərində qədim şəhər aşkarlandı - FOTO
07:13
YENİDƏN ÜZÜ QARABAĞA: Növbəti köç karvanları yola salınır
07:00
Tarixi danışıqlar zamanı futbola baxırmışlar...
06:45
Rodrigesdən Trampa çağırış: Buna hazırıq!
06:31
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
06:09
Tramp: Minabdakı məktəbə hücumu ABŞ həyata keçirməyib
05:42
Tramp: İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etməsi ABŞ ilə razılaşmanın qarşısını alardı
05:23
Qalapaqos adalarında dəhşətli hadisə
04:48
Ölümcül epidemiya bu tarixdə başa çatacaq
04:21
Braziliya qrup lideri kimi 1/16 finalda - Yenilənib
04:16
Yaponiyada da güclü zəlzələ oldu
04:10
Venesuelada 7,1 bal gücündə zəlzələ oldu
03:58
Tramp Rütte ilə görüşdə coşdu - “İspaniya kabusdur, pul ödəmirlər”
03:51
Bakıda müəllim vəfat etdi
03:42
AŞPA-dan Gürcüstanla bağlı qətnamə
02:25
Tramp: Ərdoğana hörmət etdiyim üçün NATO-nun zirvə toplantısına qatılacağam
01:49
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
01:43
YƏMƏNDƏ PARTLAYIŞ: JURNALİST VƏFAT ETDİ
00:25
Zelenski: Qabaqlayıcı hərəkət etmək əmri verilib
00:21
İsrail-Livan danışıqları dalana dirənib
00:16
AB sabah Ukrayna üçün ayrılan 90 milyard avroluq kreditin ilk 3,2 milyard avrosunu verəcək
00:10
Bu gün Aşuradır
00:00
25.06.2026
Modi ilə Paşinyan arasında danışıq olub - NƏ BAŞ VERİR?
23:46
İsveçrə - Kanada oyunu başlayıb - FOTOLAR
23:26
Sabah bu ərazilərdə işıq olmayacaq
23:16
AŞPA-da Azərbaycana dəstək: Ukraynalı deputatlar etiraz etdi
22:56
"Sabah" Avstriyada ilk yoxlama matçını keçirib
22:46
İran və Səudiyyə Ərəbistanı XİN başçıları görüşüblər - Nələr müzakirə edildi?
22:26
Rubio İsrail ilə bağlı İDDİALARA CAVAB VERİB
21:36
Bank kartlarında yaranan nasazlıq: Kim məsuliyyət daşıyır?
21:16
Qəbul imtahanının nəticəsi elan olunub
20:47
AMB: "Azərikard"da baş verən texniki nasazlıq aradan qaldırılıb
20:27
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb
20:07
Sertifikasiya üzrə test imtahanının beşinci günü yekunlaşıb
19:37
Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib
19:17
İraq Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı
18:47
Adil Kərimlidən yeni təyinat
18:37
Telefonunu maşına çırpıb pul tələb edən şəxs saxlanıldı
18:15
Prezident Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - FOTOLAR
18:02
“Zevs”in qardaşı 4 il azadlıqdan məhrum edildi
17:37
"Azəricard"dan kart hesablarındakı problemlə bağlı MÜHÜM AÇIQLAMA
17:33
İranla sərhəddə əməliyyat - DSX MƏLUMAT YAYDI
17:29
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR