Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib

Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib

Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik.

EDnews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair şərhində deyilir.

XİN rəsmisi bildirib ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir: “Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməni əsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur”.

O qeyd edib ki, Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir: “Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meylləri təşviq edir və normallaşma prosesinə zərbə vurur.

“Erməni əsirləri və saxlanılan şəxslər” barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməni əsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Ermənistanla yanaşı Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməni əsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər.

Ermənistanda və keçmiş işğal edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin “erməni mədəni və dini irsi” ilə bağlı iddiaları şərh etməsi gülüncdür”.

Ayxan Hacızadə vurğulayıb ki, qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur: “Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur”.

Xəbər xətti

Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub
23:45
İsrail Prezidentini daşıyan hərbi helikopter təcili eniş edib
23:30
Prezident sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilb - VİDEO
23:16
TikTok fenomenini edam cəzası gözləyir
22:43
Almaniya kansleri cəbhə xəttinin dondurulmasına çağırıb
22:36
Sabah Azərbaycandan Ermənistana yanacaq göndəriləcək
22:07
Oman sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub
21:59
Ukrayna Rusiyaya qarşı yeni mərhələyə başlayır
21:27
İran FİFA-dan LGBT tədbirinin ləğvini tələb edib
21:20
ABŞ İrana məxsus vəsaitlərə ciddi nəzarət edəcək
21:10
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla telefonla danışıb
20:43
"Qarabağ" Yamayka millisinin futbolçusunu transfer etdi
20:36
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Arxivinin rəhbəri ilə görüşüb
20:28
“Bakı Sessiyası İslam dünyasında parlament diplomatiyasının inkişafına yeni təkan verdi” - Millət vəkili
20:15
Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb
19:57
Moskvada raket hücumu təhlükəsi elan edilib
19:40
Ermənistan parlamentinin sədri dəyişir
19:27
Azərbaycanda attestat və diplomlar elektronlaşdırılır
19:10
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
19:07
Hərbçilərimiz “Anadolu Qartalı - 2026” təlimində iştirak edir
18:59
Rusiya XİN ABŞ-dəki altı obyektin qaytarılmasını tələb edir
18:55
Danimarka Hörmüz boğazı missiyasına qoşulur
18:45
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür edib
18:42
Polyanski: "Aİ Ukraynadan sonra Rusiya ilə birbaşa münaqişəyə hazırlaşır"
18:37
Ermənistanda Tsarukyanın toxunulmazlığının ləğvi istənilib
18:31
Əli Əsədov yeni qərar İMZALAYIB
17:54
Sabah bu ərazilərdə hərbi orkestrlərin müşayiəti ilə YÜRÜŞLƏR OLACAQ
17:42
Rusiya bu ölkənin konsulluğunu bağlayacaq
17:30
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib - FOTOLAR
17:20
Doktorantura və dissertantura üzrə qəbul imtahanı keçirilib
17:03
Ceyhun Bayramov və Kuleba görüşüblər
17:00
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
16:55
Şəhid olmuş bir qrup hərbi qulluqçu təltif olundu
16:30
Onlara "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
16:25
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
16:25
"Range Rover" "Mercedes"lə toqquşdu: ÖLƏN VAR
16:19
Hikmət Hacıyev Makronun müşaviri ilə MÜZAKİRƏ APARDI
16:09
Azərbaycanda 107 mindən çox şagird var
16:05
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" DƏYİŞDİ
16:02
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib - FƏRMAN
15:58
Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış - FOTOLAR
15:54
Ceyhun Bayramov Polşada Konfransda iştirak edib
15:38
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırıldı
15:36
Bakıda "növbəli su" qrafiki: PROBLEM NƏ VAXT HƏLLİNİ TAPACAQ?
15:15
Paşinyan Azərbaycan ərazisindən internetin tranzitindən danışıb
15:02
MM-in növbəti iclası keçiriləcək
14:58
Prezident İlham Əliyev 3 fərman imzaladı
14:41
Ceyhun Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü
14:39
Türkiyə son oyununa çıxır: Gözlər bu matçda
14:25
NATO öncəsi Trampdan TÜRKİYƏ ETİRAFI: “Bu güc TƏSADÜFİ DEYİL”
14:17
“Azərbaycan Avropa Şurasını tərk edə bilər”: BAKININ SƏBRİ DAŞIR
14:14
Muxtar Babayev Kralla görüşüb - FOTO
13:55
Azərbaycan XİN Venesuelaya başsağlığı verdi
13:45
ABB müştərilərinin DİQQƏTİNƏ!
13:27
Ermənistan KTMT-ni tərk edir? – SON AKKORDLAR
13:21
Paşinyan hökumətinin tərkibində dəyişiklik prosesindən danışıb
13:16
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşdü
13:09
Sabahın hava proqnozu açıqlandı
12:55
II və III ixtisas qrupları üzrə II cəhd imtahanları keçiriləcək
12:48
Tiktoker “Arzum 999”un məhkəməsindən XƏBƏR VAR
12:37
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR