İyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub.
EDnews xəbər verir ki, telefon söhbəti zamanı tərəflər Azərbaycan ilə Türkmənistan arasında mədəniyyət, elm, təhsil və idman sahələrində ənənəvi olaraq formalaşmış səmərəli əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.







