Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.
EDnews xəbər verir ki, Mərkəzin məlumatına əsasən, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azəricard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.
"Təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur. Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - açıqlamada qeyd olunub.








