Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin arsenalına yeni çoxməqsədli esmines daxil edilib.
EDnews xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, 5 min ton su basımına malik "Çxve Xen" (Choe Hyon) sinfinə aid yeni esmines Şimali Koreya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
Bildirilib ki, rəsmi təhvil-təslim mərasimində Şimali Koreya lideri Kim Çen In şəxsən iştirak edib.
KİV-in məlumatına əsasən, sözügedən gəmi nüvə silahı daşımaq imkanına malik platforma kimi təqdim olunur.







