Azərbaycan Beynəlxalq Bankı (ABB) kartlardan vəsait silinməsi ilə bağlı açıqlama yayıb.
EDnews xəbər verir ki, açıqlamada deyilir:
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik".
Xatırladaq ki, bir sıra kartlarda balansın mənfi göstərilməsi halları müşahidə olunub. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.









