Almaniyanın "Lufthansa" aviaşirkəti İrana uçuşların bərpasına hazır olduğunu bəyan edib.
EDnews xəbər verir ki, bu barədə İranın Dövlət Teleradio Şirkəti məlumat yayıb.
Məlumata görə, məsələ "Lufthansa Group" nümayəndələri ilə Tehrandakı Xomeyni adına Beynəlxalq Hava Limanının rəhbərliyi arasında keçirilən görüş zamanı müzakirə olunub.
Görüşdə tərəflər aviareyslərin yenidən həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər. Bildirilib ki, "Lufthansa" şirkəti müvafiq şərtlərin formalaşacağı təqdirdə İrana uçuşları bərpa etməyə hazırdır.
Qeyd edək ki, regionda təhlükəsizlik vəziyyətinin gərginləşməsi səbəbindən bir sıra beynəlxalq aviaşirkətlər, o cümlədən "Lufthansa" daha əvvəl İrana uçuşları müvəqqəti dayandırmışdı.







