Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Nyu-Yorkda keçirilən iclas zamanı Azərbaycanın namizədi 2027-2031-ci illər üzrə BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib.
XİN-dən bildirilib ki, bu nəticə Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakının və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.
Qeyd edək ki, BMT-nin Uşaq Hüquqları Komitəsi Uşaq Hüquqları Konvensiyasının icrasına nəzarət edən əsas beynəlxalq qurumlardan biridir.
.jpg)





