Yapon alimləri qurbağaların bağırsağında yaşayan Ewingella americana bakteriyasının xərçəng müalicəsində potensial təsirini müəyyən ediblər.
EDnews xəbər verir ki, araşdırma zamanı bakteriyanın yoğun bağırsaq xərçəngi olan siçanlarda bir dəfə venadaxili tətbiqindən sonra bütün şişlərin məhv edildiyi müşahidə olunub.
Alimlərin məlumatına görə, bakteriya sağlam toxumalara zərər vermədən əsasən şiş bölgəsində toplanaraq xərçəng hüceyrələrini məhv edib və immun sistemini aktivləşdirib.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələr xərçənglə mübarizədə yeni “canlı terapiya” istiqamətinin inkişafına yol aça bilər. Lakin üsulun insanlarda tətbiqi üçün əlavə təhlükəsizlik sınaqları tələb olunur.







