“ABŞ-nin müdafiə etdiyi ölkələr bunun əvəzini ödəməlidir”.
EDnews xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Vaşinqtonun İranla qarşıdurma fonunda müdafiə etdiyi müttəfiq ölkələrdən kompensasiya almaq istədiyini bildirib.
Tramp ABŞ-nin dünyanın strateji baxımdan ən mühüm bölgələrindən birində təhlükəsizliyi təmin etdiyini vurğulayıb.
“Mən kompensasiya almaq istəyirəm, çünki dünyanın çox zəngin bir hissəsini qoruyuruq. Biz böyük vəsait xərcləyirik və gördüyümüz işin qarşılığını almalıyıq”, – ABŞ Prezidenti deyib.
Tramp əlavə edib ki, Vaşinqton İsrail, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
“Buna ehtiyacımız yoxdur, amma müttəfiqlərimizin müdafiəsi baxımından vacibdir. Hesab edirəm ki, biz onları qorumaqda çox təsirli iş görmüşük”, – o bildirib.







