Rusiyanın Kalininqrad vilayətində gömrük əməkdaşları Polşaya qanunsuz aparılmaq istəyən 37 nadir kərtənkələ aşkar ediblər.
EDnews xəbər verir ki, Federal Gömrük Xidmətinin məlumatına görə, sürünənlərin ümumi dəyəri 5,5 milyon rubldan çoxdur.
Məlum olub ki, kərtənkələlər nəsli kəsilmək təhlükəsi olan növlərin beynəlxalq ticarətini məhdudlaşdıran CITES Konvensiyası ilə qorunan kiçik qurşaqlı quyruqkərtənkələ növünə aiddir.
64 yaşlı xarici vətəndaş heyvanları şəxsi avtomobili ilə Polşaya keçirməyə çalışıb. Kərtənkələlər idman çantalarında gizlədilib, lakin onların daşınması üçün tələb olunan sənədlər olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.







