"Zəngəzur dəhlizi regionun iqtisadi xəritəsini dəyişəcək" – MİLLƏT VƏKİLİ

"Zəngəzur dəhlizi regionun iqtisadi xəritəsini dəyişəcək" – <span class="text-danger">MİLLƏT VƏKİLİ</span>

"Azərbaycanın bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr ölkənin regional və qlobal nəqliyyat sistemindəki rolunu daha da artıracaq". 

Bu fikirləri millət vəkili Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışını şərh edərkən deyib. 

Vüqar-Bayramov-Millət-Vəkili.jpg

"Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra regionda formalaşan yeni geosiyasi düzən regional kommunikasiyaların genişləndirilməsi üçün əlverişli imkanlar yaradıb. Yeni regional düzənin ən mühüm elementlərindən biri Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Dəhlizin bir hissəsi olacaq "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun-TRIPP-in inşası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyatının bərpasına imkan verəcək”.

Vüqar Bayramov vurğulayıb ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Çindən göndərilən yüklərin Londona çatdırılma müddətinin 18 günədək azalacağı gözlənilir. Təxminən 15 milyon ton yükötürmə potensialına malik olacaq dəhliz regionun iqtisadi inkişafına mühüm töhfə verə bilər:

“Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Bu layihə Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin tranzit və logistika gəlirlərinin artmasına da şərait yaradacaq. Proqnozlara əsasən, qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artması, daşınan yüklərin 10-15 faizinin isə Zəngəzur dəhlizi vasitəsilə nəql edilməsi mümkündür”, - deputat söyləyib.

Onun sözlərinə görə, 10 illik proqnozlara əsasən, Zəngəzur dəhlizinin 50 milyard dollarlıq gəlir formalaşdırmaq, eləcə də hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialı var.

Vüqar Bayramov bildirib ki, dəhlizin həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat marşrutlarına inteqrasiyası daşınan yüklərin həcmini əhəmiyyətli dərəcədə artıra bilər:

“Bu, eyni zamanda Orta Dəhlizin ötürücülük imkanlarının genişlənməsinə səbəb olacaq. Nəticədə Azərbaycan beynəlxalq yükdaşımalarından daha çox gəlir əldə edəcək, yerli məhsulların alternativ marşrutlarla yeni bazarlara çıxarılması imkanları genişlənəcək”.

Deputat Zəngəzur dəhlizinin türk dünyası üçün strateji əhəmiyyət daşıdığını da diqqətə çatdırıb:

“Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək mühüm quru nəqliyyat xəttidir. Dəhlizin istifadəyə verilməsi Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa kommunikasiyanın bərpasına, Naxçıvanın nəqliyyat blokadasından çıxmasına və bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyasının güclənməsinə mühüm töhfə verəcək".

Aytac Kərimova | EDnews 

Xəbər xətti

Macarıstan parlamentinin fövqəladə iclası müxalifətsiz başladı
16:35
Rafael Ağayevə ağır itki
16:23
NATO tarixinin ən böyük böhranını yaşayır - Sabiq nümayəndə
16:20
Şri-Lankada denq həyəcanı
16:15
Velosiped oğurları saxlanıldılar
16:11
IV Şuşa Qlobal Media Forumundan VERİLƏN MESAJLAR
16:06
Aİ azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq
15:55
Səna hava limanı vuruldu - SON DƏQİQƏ!
15:42
Geomaqnit qasırğası gözlənilir
15:33
Hikmət Hacıyev “TikTok” və “LinkedIn” rəsmiləri ilə uşaqların onlayn müdafiəsini müzakirə edib
15:13
Oğuzda kişi MEYİTİ TAPILIB
15:10
ABŞ İrana raket zərbəsi endirdi
15:00
Dani Roxas peşəkar futbolda debüt edib
14:50
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
14:43
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı
14:39
Peter Teyz: "Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edir"
14:33
1421, 8 hektar ərazi minalardan təmizlənib
14:28
"Zəngəzur dəhlizi regionun iqtisadi xəritəsini dəyişəcək" – MİLLƏT VƏKİLİ
14:21
FETÖ-yə qarşı 9 mindən çox əməliyyat keçirilib
14:10
Peskov Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı danışdı
13:57
“Bavi” qasırğası Çini vurdu
13:43
Suraxanıda abadlıq işləri aparıldı
13:32
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
13:23
Abşeronda evdən oğurluq edildi
13:10
Səudiyyə həbsxanalarında onlarla efiopiyalı edam növbəsindədir
13:08
39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:07
Paris yaxınlığında 800 hektarlıq meşə yandı
13:06
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:04
Ukrayna Rusiyanın 105 gəmisini vurub
13:02
Neymar məğlubiyyətdən sonra belə görüntüləndi
13:00
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq
12:59
Ağdam, Ağdərə və Xocavənddə əməyin mühafizəsinə dair 18 tədbir keçirilib
12:57
Kallas: Aİ Ermənistanda missiya yerləşdirəcək
12:51
Kobaxidze: ATƏT Gürcüstanda hökumətin dəyişdirilməsi prosesinə cəlb olunub
12:48
Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır
12:44
Lavrov Tehrana səfər edəcək
12:41
ABŞ-nin Küveytdəki bazasının qorunmasında boşluq olub? - Hərbçilərdən etiraz
12:38
Prezident: "Mərkəzi Asiya və Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir"
12:36
Azərbaycan Prezidenti: "Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir"
12:30
Məşhur aktyor vəfat etdi
12:29
İlham Əliyev: "Azərbaycan-Özbəkistan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır"
12:28
Keçi Şahzadə Harriyə hücum etdi
12:26
Eks-idarə rəisi ilk iclasda həbs edildi
12:25
Rusiyadan Çeçenistan prezidentinə jest
12:23
İlham Əliyev Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb
12:19
Prezident: "Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir"
12:17
Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub
12:13
Dövlət başçısı: Afrika İttifaqına sədrlik edən ölkə BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır
12:11
Prezident: Qazaxıstanla fəal əməkdaşlıq olmadan Xəzər regionunda nəqliyyat layihəsi həyata keçirmək mümkün deyil
12:09
Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:06
Prezident: "Mixail Qusman Azərbaycan xalqının layiqli oğludur"
12:01
Prezident: "Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib"
11:59
İran və ABŞ münasibətlərində deeskalasiya cəhdləri: Vasitəçilər hərəkətə keçdi
11:57
Bakıda iki yaşlı körpə binadan yıxıldı
11:54
Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO
11:50
ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunmasına mane olur - İran XİN
11:50
Banqladeşdəki güclü yağışlarda 51 nəfər ölüb
11:48
İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: "Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir"
11:48
Azərbaycan Prezidenti: "Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir"
11:44
DİN-dən Bank kartları ilə MÜHÜM ÇAĞIRIŞ
11:40
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR