İran Xarici İşlər Nazirliyi ABŞ-ni Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı İran və Oman arasında aparılan danışıqların nəticəsiz qalmasına səbəb olmaqda ittiham edib.
EDnews xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında bildirilib.
Qeyd olunub ki, Maskatda keçirilən danışıqlar əsasən Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi məsələlərinə həsr olunub.
“ABŞ açıq və gizli təzyiqlər göstərərək Omanla bu məsələ üzrə razılığın əldə olunmasına mane oldu”- deyə bəyanatda qeyd edilib.
İran XİN həmçinin Vaşinqtonu dezinformasiya kampaniyası aparmaqda və saxta xəbərlər yaymaqda ittiham edib.







