Azərbaycan Prezidenti: “Heç vaxt işğalla barışmayın”

Azərbaycan Prezidenti: <span class="text-danger">“Heç vaxt işğalla barışmayın”</span>

“Heç vaxt işğalla barışmayın”.

EDnews xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmtri Qordonun sualına cavab olaraq bildirib.

“Hesab edirəm ki, nə Ukrayna xalqının, nə də Ukrayna rəhbərliyinin mənim məsləhətimə ehtiyacı var idi. Amma bu gün də həmin tövsiyəni təkrarlayardım: Heç vaxt işğalla barışmayın. Ukrayna da məhz bunu edir. O, işğalla barışmır. Baxmayaraq ki, ötən il ərzində çox çətin məqamlar yaşandı. Biz müəyyən dairələrin döyüş əməliyyatlarının faktiki olaraq işğalın rəsmiləşdirilməsi şərti ilə dayandırılması barədə təzyiqlərinin şahidi olduq. Lakin nə Ukrayna xalqı, nə də onun rəhbərliyi buna razılıq verdi.

Qarşı tərəfə hansı məsləhəti verəcəyimə gəlincə, əgər onlar məndən soruşsalar, əlbəttə, fikrimi bildirərəm. Ancaq hesab edirəm ki, sizin sualınız çərçivəsində bu barədə danışmaq düzgün olmaz. Müharibənin gələcək perspektivinə dair qiymətləndirməmə gəlincə, düşünürəm ki, bu, sizin baxışınızdan ciddi şəkildə fərqlənmir. Mən hesab edirəm ki, artıq çoxdan hər kəs anlamalı idi ki, bu müharibə dayandırılmalıdır. Həm də dərhal dayandırılmalıdır. Bu, Azərbaycanın mövqeyidir. Bu, mənim şəxsi mövqeyimdir. Həm də torpaqları işğal olunmuş, sonradan isə həmin işğala son qoymuş bir ölkənin rəhbəri kimi mövqeyimdir. Azərbaycanın təcrübəsi tarixdə nadir nümunələrdəndir. Biz həm işğal yaşamışıq, həm də uzun illər müxtəlif təzyiqlərlə üzləşmişik. Bizdən Qarabağdan imtina etməyimiz tələb olunurdu. Bu barədə dəfələrlə danışmışam. ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu Qarabağı, təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, Laçın və Kəlbəcər rayonlarını da Ermənistana verməyimizi istəyirdi. Əvəzində isə bizə yalnız burada yerləşdiyimiz ərazinin şərqindəki beş rayonun qaytarılacağı vəd edilirdi. Lakin nə mən, nə də Azərbaycan xalqı buna heç vaxt razı olmazdı.

Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan üç dövlətin ortaq mövqeyi idi və belə bir təzyiqə qarşı dayanmaq çox çətin idi. İkinci Qarabağ müharibəsi başlayanda isə onların hamısı bizdən dərhal dayanmağı tələb edirdi. Təzyiq göstərirdilər, hədələyirdilər, zəng edirdilər. Bəziləri bunu israrla, bəziləri isə daha yumşaq formada edirdi. Hamısı istəyirdi ki, biz dayanaq və vəziyyət olduğu kimi qalsın. Müharibənin müəyyən mərhələsində bizə deyirdilər ki, "Füzulini azad etmisiniz, bununla kifayətlənin". Biz isə müxtəlif diplomatik vasitələrdən istifadə etməli olurduq. Xarici işlər nazirimizi dəfələrlə Moskvaya, Vaşinqtona və Avropaya göndərirdim. Məqsədləri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin qarşısını almaq idi. Lakin buna nail ola bilmədilər. Çünki xalqın iradəsini sındırmaq mümkün deyil. Müstəqilliyə, öz milli kimliyini qorumağa çalışan xalqı məğlub etmək mümkün deyil. Belə bir xalqı əsarət altına salmaq və ona iradə qəbul etdirmək mümkün deyil. Bu həqiqəti bu gün də müharibənin davam etməsini istəyənlər anlamalıdırlar.

Prezident Zelenskinin mövqeyi mənə məlumdur. O, bunu açıq şəkildə dəfələrlə bəyan edib. Bu ilin aprelində Azərbaycana səfəri zamanı da bu mövzuda ətraflı fikir mübadiləsi apardıq. Onun mövqeyi təmas xətti boyunca dərhal atəşkəsin elan edilməsidir. Bu təklifin indi nə dərəcədə aktual olduğunu deyə bilmərəm, ancaq bildiyim qədərilə o, bu mövqeyindən ictimai şəkildə geri çəkilməyib. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Heç bir dövlətin sərhədləri zor tətbiq etməklə və ya həmin ölkənin xalqının razılığı olmadan dəyişdirilə bilməz. Bu məsələdə bizim mövqeyimiz ardıcıl və qətidir. Ukrayna xalqına gəlincə isə, imkanımız daxilində hər zaman kömək etməyə hazırıq. Bu barədə çox danışmaq istəmirəm. Çünki biz bunu reklam üçün etmirik. Bu da ürəkdən gələn bir addımdır. Yardımı təkcə dövlət göstərmir. Sadə insanlar da, özəl şirkətlər də bu işə qoşulurlar. Bu, vahid bir həmrəylik nümunəsidir. Çətin vəziyyətdə olan, ərazi bütövlüyü pozulan insanlara bacardığımız qədər dəstək verməyə çalışırıq”, - deyə dövlət başçısı qeyd edib.

 
 

Xəbər xətti

Neymar məğlubiyyətdən sonra belə görüntüləndi
13:00
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq
12:59
Ağdam, Ağdərə və Xocavənddə əməyin mühafizəsinə dair 18 tədbir keçirilib
12:57
Kallas: Aİ Ermənistanda missiya yerləşdirəcək
12:51
Kobaxidze: ATƏT Gürcüstanda hökumətin dəyişdirilməsi prosesinə cəlb olunub
12:48
Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır
12:44
Lavrov Tehrana səfər edəcək
12:41
ABŞ-nin Küveytdəki bazasının qorunmasında boşluq olub? - Hərbçilərdən etiraz
12:38
Prezident: "Mərkəzi Asiya və Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir"
12:36
Azərbaycan Prezidenti: "Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir"
12:30
Məşhur aktyor vəfat etdi
12:29
İlham Əliyev: "Azərbaycan-Özbəkistan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır"
12:28
Keçi Şahzadə Harriyə hücum etdi
12:26
Eks-idarə rəisi ilk iclasda həbs edildi
12:25
Rusiyadan Çeçenistan prezidentinə jest
12:23
İlham Əliyev Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb
12:19
Prezident: "Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir"
12:17
Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub
12:13
Dövlət başçısı: Afrika İttifaqına sədrlik edən ölkə BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır
12:11
Prezident: Qazaxıstanla fəal əməkdaşlıq olmadan Xəzər regionunda nəqliyyat layihəsi həyata keçirmək mümkün deyil
12:09
Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:06
Prezident: "Mixail Qusman Azərbaycan xalqının layiqli oğludur"
12:01
Prezident: "Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib"
11:59
İran və ABŞ münasibətlərində deeskalasiya cəhdləri: Vasitəçilər hərəkətə keçdi
11:57
Bakıda iki yaşlı körpə binadan yıxıldı
11:54
Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO
11:50
ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunmasına mane olur - İran XİN
11:50
Banqladeşdəki güclü yağışlarda 51 nəfər ölüb
11:48
İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: "Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir"
11:48
Azərbaycan Prezidenti: "Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir"
11:44
DİN-dən Bank kartları ilə MÜHÜM ÇAĞIRIŞ
11:40
Prezident: "Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib"
11:38
Yollarda hər bir hərəkət iştirakçısı məsuliyyət daşıyır- NİİM-dən XƏBƏRDARLIQ
11:33
Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR
11:31
ABŞ senatoru Lindsi Qremin ölüm səbəbi açıqlandı
11:31
İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: "Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız"
11:29
Milli Məclis "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliyi təsdiqlədi
11:27
TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:25
Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik
11:23
“Prezident Tramp sülhsevər insandır”: İlham Əliyev
11:20
Milli Məclisin növbəti plenar iclası keçirilir, 22 məsələ müzakirə olunur
11:18
Prezident İlham Əliyev: Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır
11:16
Azərbaycan Prezidenti: Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır
11:14
Azərbaycan Prezidenti: "Zəngəzur dəhlizi vacib layihədir"
11:11
Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var
11:00
İsti havalarda necə geyinməliyik?
10:58
Prezident: “Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik”
10:57
BMU nazirliyin proqramında I yeri tutdu - Fotolar
10:55
Azərbaycan Prezidenti: “Heç vaxt işğalla barışmayın”
10:51
Azərbaycan Prezidenti: Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik
10:49
2026-cı ilin I yarısında "131" çağrı mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb
10:46
Prezident: "Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir"
10:44
İsmayıllıda BƏDBƏXT HADİSƏ: 5 yaşlı uşaq HOVUZDA BOĞULDU
10:42
NATO sammitinə Trampı öldürməyi planlaşdırıblar - KİV
10:40
Bodrumda restoranda silahlı insident: Ölən var
10:38
İlham Əliyev: ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulmasına ümid edirəm
10:36
Azərbaycan Prezidenti: "Sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz"
10:34
Prezident: "Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil"
10:32
Azərbaycan Prezidenti: "Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq"
10:30
Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırdı
10:27
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR