Braziliya millisinin hücumçusu Neymar 2026-cı il dünya çempionatından kənarlaşdıqdan sonra ABŞ-nin Las-Veqas şəhərində poker turnirində iştirak edib.
EDnews xəbər verir ki, futbolçunun turnirdə görüntüləri sosial şəbəkələrdə yayılıb.
Neymar giriş haqqı 10 min dollar olan yarışda mübarizə aparıb. Onun turnirdə hansı nəticəni göstərdiyi məlum deyil.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-da 1/8 finalda Norveçə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Neymar zədə səbəbilə ilk iki oyunu buraxdıqdan sonra bu görüşdə meydana sonradan daxil olub.







