Abşeronda evdən oğurluq edən şəxs saxlanıldı
EDnews xəbər verir ki, Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 3850 manat nağd pul və 670 manat dəyərində qızıl-zinət əşyası talanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı S.Şıxməmmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar davam etdirilir.






