Qətər, Misir və Pakistan rəsmiləri bu həftəsonu Birləşmiş Ştatlar və İran arasında mövcud olan gərgin vəziyyəti yumşaltmaq üçün növbəti vasitəçilik missiyasını həyata keçiriblər.
EDnews xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə əsaslanaraq məlumat yayıb.
Məlumata əsasən, burada söhbət Pakistanın xarici işlər naziri İshaq Darın İranın XİN başçısı Abbas Əraqçıya etdiyi zəngdən gedir. Qeyd edilib ki, vasitəçilər münaqişə tərəfləri arasında gərginliyin azaldılması üzrə səylərini davam etdirmək niyyətindədirlər.
Danışıqlar qarşıdurmanın yeni mərhələsi fonunda keçirilir.
Bildirilir ki, atəşkəs barədə müvəqqəti razılaşmalar və Vaşinqtonla Tehran arasında əvvəlki danışıqlardan sonra döyüş əməliyyatlarının yenidən başlamasına baxmayaraq, vasitəçilik təşəbbüsləri davam edir.
Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə yeni zərbələr endirdiyini açıqlamışdı. Cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ hərbi hədəflərinə zərbələr endirdiyini bəyan etmişdi.








