Rusiya Mərkəzi Bankı Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun 75 illiyinə həsr olunmuş gümüş xatirə sikkə buraxacaq.
EDnews xəbər verir ki, 2 rubl nominalında olan sikkə iyulun 14-dən dövriyyəyə buraxılacaq.
“Rusiyanın görkəmli şəxsiyyətləri” seriyasına daxil olan sikkənin üzərində Kadırovun portreti, Qroznı şəhərinin panoraması və Qafqaz dağlarının təsviri yer alacaq.
Sikkənin tirajı 3 min ədəd təşkil edir.







