Banqladeşdə güclü yağışlar nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri azı 51 nəfərin ölümünə səbəb olub, bir milyondan çox insan fəlakətdən zərər çəkib.
EDnews xəbər verir ki, ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Dəkkədə minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Ölənlərin 28-i Koks Bazar bölgəsində qeydə alınıb. Bu ərazi dünyanın ən böyük Rohinca qaçqın düşərgəsinə ev sahibliyi edir.
Hazırda minlərlə insan sığınacaqlarda yerləşdirilib.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi musson yağışlarının daha intensiv və tez-tez baş verməsinə səbəb olur.







