Azərbaycan Prezidenti: "Sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz"

Azərbaycan Prezidenti: <span class="text-danger">"Sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz"</span>

Sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz.

EDnews xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Şimalda müharibə şəraitində olan bir qonşumuz, cənubda isə müharibə şəraitində olan digər qonşumuz var və Azərbaycan onların arasında yerləşir. Təbii ki, ölkəmizi qorumaq və imkan daxilində sülhün əldə olunmasına töhfə vermək bizim üçün ciddi narahatlıq doğuran məsələlərdəndir. Bəli, biz sülhün mümkün olduğuna inanırıq. Düşünürəm ki, təkcə biz deyil, bu qarşıdurmanı və qan tökülməsini dayandırmaq üçün səy göstərən vasitəçi ölkələr də buna inanırlar. Xüsusilə Pakistanı qeyd etmək istərdim. Əziz dostum, Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ABŞ ilə İran arasında vasitəçilik istiqamətində həqiqətən böyük iş gördülər və mühüm nəticə əldə etdilər. Təəssüf ki, bu nəticə uzun sürmədi. Amma ümid edirəm ki, hazırkı qarşıdurma da uzunmüddətli olmayacaq. Mən əminəm ki, sülh mümkündür. Əks halda, buna inanmadığınız halda yaşamaq çox çətin olar. Əsas məsələ sülh əldə olunduqdan sonra regionun necə görünəcəyidir. Burada müxtəlif ssenarilər və fərqli yanaşmalar mövcuddur. Bir çox ölkə öz strateji maraqlarına uyğun siyasət yürüdür. Azərbaycana gəlincə, bizim yeganə istəyimiz sərhədlərimizdən kənarda da sülhün hökm sürməsidir. Çünki ölkə daxilində sülh olsa da, sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz. Biz Azərbaycanda cəmi bir ildən azdır ki, tam sülh şəraitində yaşayırıq.
Bundan əvvəl 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi, sonra atəşkəs dövründə müxtəlif silahlı toqquşmalar, ardınca yenidən gərginliklər və nəhayət, İkinci Qarabağ müharibəsi baş verdi. Biz müharibəsiz həyatı təsəvvür edə bilmirdik. Yalnız son bir ildən az müddətdə sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji vəziyyəti və cəmiyyətin əhval-ruhiyyəsi üçün necə böyük üstünlüklər yaratdığını görürük”, - dövlət başçısı deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bunun çoxsaylı müsbət nəticələri var: “Əlbəttə, istəyirik ki, həm cənubumuzda, həm də şimalımızda sülh mümkün qədər tez bərqərar olsun. Ancaq bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı və hansısa tərəfin ambisiyalarına deyil, hüquqa söykənməlidir. Beynəlxalq hüquq istənilən sülh üçün universal əsasdır. Məsələn, Ermənistanla müharibəyə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal edildi. Biz uzun illər bu problemi sülh yolu ilə həll etməyə çalışdıq. Bu mümkün olmayanda isə suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Məqsədimizə çatdıq və bundan sonra irəli getmədik”.

Prezident İlham Əliyev vurğulayıb ki, məhz burada dayanmaq çox vacib idi: “Mən hesab edirəm ki, hərbi əməliyyatların aktiv mərhələsi başa çatdıqdan sonra dayanmağı bacarmaq ən mühüm məsələlərdən biridir. Bu, asan deyil. Biz bunu çox yaxşı anlayırıq. Biz 30 il bu ağrını qəlbimizdə daşıdıq. Amma lazım olan anda dayandıq. Biz bunu müharibənin sonsuza qədər davam etməməsi üçün etdik. Əlbəttə, başqa seçimlərimiz də ola bilərdi. Amma məsuliyyət və müdriklik müharibəni vaxtında dayandırmağı tələb edirdi. Əgər biz dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Ola bilsin ki, aşağı intensivliklə, bəzən səngiyərək, bəzən yenidən alovlanaraq. Amma insanlar yenə də həyatını itirəcəkdi. Mən hesab edirəm ki, Yaxın Şərqdə də eyni yanaşma tətbiq olunmalıdır. Hərbi qarşıdurmanın ən gərgin mərhələsi başa çatdıqdan sonra Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və İran dayanmalıdırlar. Əlbəttə, biz ermənilərin xalqımıza qarşı törətdiklərini, şəhərlərimizi dağıtdıqlarını, günahsız qadınları və uşaqları qətlə yetirdiklərini, Xocalıda soyqırımı törətdiklərini heç vaxt unutmayacağıq. Ancaq bununla yanaşı anlayırıq ki, sülh son məqsəddir. Əlbəttə, emosional, psixoloji baxımdan qisas almaq istəyənlər olacaq. Mənim qonşularımıza çağırışım məsuliyyətli davranmaları, mümkün qədər tez dayanaraq münasibətləri normallaşdırmağa çalışmaları və bu qarşıdurmanın qlobal münaqişəyə çevrilməsinə imkan verməmələridir. Bu, çox böyük təhlükədir. Mən hər kəsi məsuliyyətli olmağa çağırıram və ümid edirəm ki, dostumuz Pakistanın vasitəçilik səyləri yenidən nəticə verəcək və qarşıdurmanın dayandırılmasına gətirib çıxaracaq”.

Xəbər xətti

Azərbaycan Prezidenti: "Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir"
11:44
DİN-dən Bank kartları ilə MÜHÜM ÇAĞIRIŞ
11:40
Prezident: "Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib"
11:38
Yollarda hər bir hərəkət iştirakçısı məsuliyyət daşıyır- NİİM-dən XƏBƏRDARLIQ
11:33
Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR
11:31
ABŞ senatoru Lindsi Qremin ölüm səbəbi açıqlandı
11:31
İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: "Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız"
11:29
Milli Məclis "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliyi təsdiqlədi
11:27
TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:25
Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik
11:23
“Prezident Tramp sülhsevər insandır”: İlham Əliyev
11:20
Milli Məclisin növbəti plenar iclası keçirilir, 22 məsələ müzakirə olunur
11:18
Prezident İlham Əliyev: Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır
11:16
Azərbaycan Prezidenti: Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır
11:14
Azərbaycan Prezidenti: "Zəngəzur dəhlizi vacib layihədir"
11:11
Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var
11:00
İsti havalarda necə geyinməliyik?
10:58
Prezident: “Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik”
10:57
BMU nazirliyin proqramında I yeri tutdu - Fotolar
10:55
Azərbaycan Prezidenti: “Heç vaxt işğalla barışmayın”
10:51
Azərbaycan Prezidenti: Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik
10:49
2026-cı ilin I yarısında "131" çağrı mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb
10:46
Prezident: "Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir"
10:44
İsmayıllıda BƏDBƏXT HADİSƏ: 5 yaşlı uşaq HOVUZDA BOĞULDU
10:42
NATO sammitinə Trampı öldürməyi planlaşdırıblar - KİV
10:40
Bodrumda restoranda silahlı insident: Ölən var
10:38
İlham Əliyev: ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulmasına ümid edirəm
10:36
Azərbaycan Prezidenti: "Sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz"
10:34
Prezident: "Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil"
10:32
Azərbaycan Prezidenti: "Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq"
10:30
Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırdı
10:27
Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
10:25
İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
10:23
Pensiyalar bu tarixdə ödəniləcək
10:21
Tarixi abidələrlə bağlı YENİ QƏRAR
10:19
TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ! Sənəd qəbulu başladı
10:16
AZAL beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
10:13
Azərbaycan Prezidenti: "907-ci düzəliş ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı idi"
10:08
İlham Əliyev: "Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək"
10:03
İlham Əliyev: "Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir"
10:01
ABŞ və İran arasında gərginlik pik həddə çatır
09:59
Prezident: "Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır"
09:58
“Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi”- İlham Əliyev
09:55
İlham Əliyev: “Borrelin dövründə aramızdakı münasibətlər tam uçuruma getmişdir”
09:53
Maldininin yeni iş yeri bəlli oldu
09:44
“Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq”: İlham Əliyev
09:40
İlham Əliyev: "Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib"
09:37
“Biz bunun üzərində 10 ildən artıq çalışmışıq”- İlham Əliyev
09:35
Prezident: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
09:33
Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik
09:30
“Əminəm ki, qonaqlar Qarabağın inkişafını görürlər” -İLHAM ƏLİYEV
09:25
Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənib - Canlı
09:14
Bakı və Abşeronda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
09:10
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq
09:05
Bakının bu yollarında tıxac var - Fotolar
08:54
ABŞ İrana hücumda ilk dəfə dəniz dronlarından istifadə edib
08:47
Yeni həftədə ən çox şanslı olacaq BÜRCLƏR
08:39
Meyvələri acqarına yemək həmişə faydalıdırmı? - Dietoloq xəbərdarlıq edir
08:21
Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
08:00
İnfarkt və insulta səbəb olan əsas yeməklər
07:49
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR