ABŞ 12 iyun axşam saatlarında İran ərazisinə yeni zərbələr endirib.
EDnews xəbər verir ki, İran dövlət mediasının məlumatına görə, hücum nəticəsində ölkənin cənub-qərbində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
ABŞ hücumlarından bir neçə saat sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveyt, İordaniya və Bəhreyndə yerləşən hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyat zamanı İranın hava hücumundan müdafiə sistemləri, radar məntəqələri, raket və pilotsuz uçuş aparatları ilə bağlı obyektlər hədəfə alınıb.
Tərəflər arasında gərginliyin artması iyun ayında əldə olunan müvəqqəti razılaşmanın taleyini sual altına qoyub. Əsas mübahisə mövzularından biri də İranın bağladığını açıqladığı, ABŞ-nin isə açıq olduğunu bildirdiyi Hörmüz boğazıdır.
ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin artıq qüvvədə olmadığını desə də, danışıqlar prosesinin davam etdiyini bildirib.







