Azərbaycan Prezidenti: Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik

Azərbaycan Prezidenti: Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin <span class="text-danger">azad olmasını istəyirik</span>

Fransanın daxili işlərinə qarışmırıq.

EDnews xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Azərbaycan Avropa Şurasına qəbul olunanda ölkəmizin nümayəndə heyətinin ilk rəhbəri mən olmuşam və Strasburqa getmişdim. Orada Avropa Şurasının rəhbərliyindən eşitdiyimiz ilk fikirlərdən biri belə idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab oluna bilməz. Biz bunu qəbul etdik və yaxşı tələbələr kimi öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə bərabərsizliyi və kolonial idarəçilik məsələlərini qaldıranda, təkcə bu təşkilat deyil, Azərbaycan hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz Fransanın daxili işlərinə qarışmırıq. Çünki insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu, məncə, bu mövzunu beynəlxalq gündəmə çıxaran ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər Fransanın dənizaşırı əraziləri, yəni faktiki müstəmləkələri ciddi təzyiqlər altında yaşayıb. Orada qanunsuz hərəkətlər, o cümlədən nüvə sınaqları keçirilib. Fransa Polineziyasında neçə nüvə sınağı aparılıb? Yüz, iki yüz, bəlkə də daha çox. Nəticədə çox sayda insan həyatını itirib, sağlamlığını itirib. Bakı Təşəbbüs Qrupu bu məsələləri qaldıranda isə əsassız şəkildə "hibrid müharibə" aparmaqda ittiham olunur. Bu tamamilə ədalətsiz yanaşmadır. Mən hesab edirəm ki, müstəqil medianın rolu burada son dərəcə vacibdir. Uzun illər Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə baş verən problemlərlə bağlı eşidilən zəif səslər susdurulurdu. Onlara təzyiq göstərilir, şantaj edilirdi. Mənə verilən məlumata görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən bəzi şəxslər hətta saxlanılıblar. Onlar təkcə Fransada deyil, İsveçrədə də saxlanılıb. Bəziləri hətta həbs olunub. Bütün bunları edənlər isə dünyaya insan hüquqları və demokratiya dərsi keçməyə çalışırlar. Bilirsiniz, bumeranq çox təsirli silahdır. Azərbaycana hücum etmək istəyənlər bizi düzgün qiymətləndirmədilər. Amma bu məsələ Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən daha geniş məna daşıyır. Bir daha qeyd etmək istəyirəm ki, medianın rolu son dərəcə vacibdir. Media müstəmləkəçiliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarət göstərməlidir. Bu məsələ Fransa ilə münasibətlərimizdən ibarət deyil. Bəli, Fransanın Azərbaycanın suverenliyi ilə bağlı tutduğu mövqe münasibətlərimizə müəyyən mənada mənfi təsir göstərib. Fransada qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına yönəlmiş qərarlar qəbul olunub. Hətta hazırda Fransada mövcud olmayan həmin qondarma qurumun "nümayəndəliyi" fəaliyyət göstərir”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, lakin bunlar əsas məsələ deyil: “Söhbət beynəlxalq münasibətlərin fundamental prinsiplərindən gedir. XXI əsrdə sizdən 10 min kilometr uzaqda yerləşən əraziləri müstəmləkə kimi saxlamaq olmaz. Həmin ərazilərin insanları sizi istəmirlər. Onlar öz həyatlarını yaşamaq istəyirlər. Yeni Kaledoniyadan və digər ərazilərdən qat-qat kiçik dövlətlər bu gün müstəqildir. Onların BMT-də səsi, bayrağı və dövlətçiliyi var. Bəs niyə həmin xalqların bu hüququ olmasın? Mən hesab edirəm ki, bu məsələ həm dövlətlər, həm də vətəndaş cəmiyyəti üçün ciddi sınaqdır. Əgər dünyanın müxtəlif yerlərində Bakı Təşəbbüs Qrupu kimi daha çox təşkilat yaransa, onlar birlik yaradaraq bu məsələlərdə daha güclü mövqe nümayiş etdirə bilərlər. Belə bir koalisiya bu təzyiqlərin dayandırılması üçün daha təsirli fəaliyyət göstərə bilər. Söhbət təkcə Yeni Kaledoniyadan getmir. Hətta Avropanın özündə də belə nümunələr var. Məsələn, Korsikaya baxın. Avropanın mərkəzində yerləşən bu bölgənin insanları öz həyatlarını yaşamaq, dillərini qorumaq və milli kimliklərinə hörmət edilməsini istəyirlər. Onlar Fransanın ərazisini ələ keçirmək istəmirlər. Sadəcə, ata-baba torpaqlarında ləyaqətlə və kənar idarəçilik olmadan yaşamaq istəyirlər. Biz bu məsələyə xüsusilə həssasıq. Çünki özümüz də müstəmləkə həyatı yaşamışıq. XIX əsrdə müstəmləkəyə çevrildik. Daha sonra Sovet İttifaqının tərkibində formal respublika olmağımıza baxmayaraq, müstəqil deyildik. Bu səbəbdən müstəmləkəçiliyin nə olduğunu da, azadlığın dəyərini də yaxşı bilirik. Məsələn, XIX və XX əsrlərdəki Azərbaycanla bugünkü Azərbaycan arasında gecə ilə gündüz qədər fərq var. O dövrdə bizim yalnız sərvətlərimizi aparırdılar. Azərbaycandan milyard barel deyil, milyard ton neft çıxarılıb. Sovet İttifaqı dağılanda isə ölkəmiz nə təbii qazla, nə də elektrik enerjisi ilə təmin olunmuş vəziyyətdə idi. Bu günə qədər Bakının ətrafında neft hasilatı nəticəsində çirklənmiş ərazilərin təmizlənməsinə milyardlarla vəsait xərcləyirik. Son 30 ildən artıq müddətdə isə Azərbaycan, qeyd olunduğu kimi, artıq orta güc dövlətinə çevrilib. Bu, müstəqilliyin bizə qazandırdığı üstünlükdür”.

Prezident İlham Əliyevin sözlərinə görə, Sovet İttifaqı dağılanda Rusiyada bir çox analitiklər deyirdilər ki, bu respublikalar mərkəzsiz yaşaya bilməyəcək və məhv olacaqlar: “Amma nə baş verdi? Hamısı yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən zəif inkişaf edir. Lakin onların heç biri məhv olmadı. Məhz buna görə biz müstəqilliyi dəstəkləyirik. Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik. Bir daha vurğulayıram ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Bu məsələ bəzən yanlış təqdim olunur və Azərbaycana qarşı istifadə edilir. Ümid edirəm ki, bu mesajlarım Parisdə də düzgün qəbul olunacaq. Çünki hazırda Fransa ilə münasibətlərin normallaşdırılması prosesindəyik. Onlar bizi tənqid edirlər, biz də onları tənqid edirik. Bu, normaldır. Bu, hücum deyil. Bu, iki suveren dövlət arasında normal işgüzar münasibətlərin bir hissəsidir. Heç biri digərindən üstün deyil və heç kəs digərinə nə etməli olduğunu diktə edə bilməz. Amma öz mövqeyini ifadə etmək, narahatlığını bildirmək və tənqid etmək tamamilə normaldır

Xəbər xətti

Ukrayna Rusiyanın 105 gəmisini vurub
13:02
Neymar məğlubiyyətdən sonra belə görüntüləndi
13:00
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq
12:59
Ağdam, Ağdərə və Xocavənddə əməyin mühafizəsinə dair 18 tədbir keçirilib
12:57
Kallas: Aİ Ermənistanda missiya yerləşdirəcək
12:51
Kobaxidze: ATƏT Gürcüstanda hökumətin dəyişdirilməsi prosesinə cəlb olunub
12:48
Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır
12:44
Lavrov Tehrana səfər edəcək
12:41
ABŞ-nin Küveytdəki bazasının qorunmasında boşluq olub? - Hərbçilərdən etiraz
12:38
Prezident: "Mərkəzi Asiya və Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir"
12:36
Azərbaycan Prezidenti: "Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir"
12:30
Məşhur aktyor vəfat etdi
12:29
İlham Əliyev: "Azərbaycan-Özbəkistan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır"
12:28
Keçi Şahzadə Harriyə hücum etdi
12:26
Eks-idarə rəisi ilk iclasda həbs edildi
12:25
Rusiyadan Çeçenistan prezidentinə jest
12:23
İlham Əliyev Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb
12:19
Prezident: "Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir"
12:17
Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub
12:13
Dövlət başçısı: Afrika İttifaqına sədrlik edən ölkə BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır
12:11
Prezident: Qazaxıstanla fəal əməkdaşlıq olmadan Xəzər regionunda nəqliyyat layihəsi həyata keçirmək mümkün deyil
12:09
Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:06
Prezident: "Mixail Qusman Azərbaycan xalqının layiqli oğludur"
12:01
Prezident: "Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib"
11:59
İran və ABŞ münasibətlərində deeskalasiya cəhdləri: Vasitəçilər hərəkətə keçdi
11:57
Bakıda iki yaşlı körpə binadan yıxıldı
11:54
Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO
11:50
ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunmasına mane olur - İran XİN
11:50
Banqladeşdəki güclü yağışlarda 51 nəfər ölüb
11:48
İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: "Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir"
11:48
Azərbaycan Prezidenti: "Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir"
11:44
DİN-dən Bank kartları ilə MÜHÜM ÇAĞIRIŞ
11:40
Prezident: "Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib"
11:38
Yollarda hər bir hərəkət iştirakçısı məsuliyyət daşıyır- NİİM-dən XƏBƏRDARLIQ
11:33
Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR
11:31
ABŞ senatoru Lindsi Qremin ölüm səbəbi açıqlandı
11:31
İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: "Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız"
11:29
Milli Məclis "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliyi təsdiqlədi
11:27
TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:25
Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik
11:23
“Prezident Tramp sülhsevər insandır”: İlham Əliyev
11:20
Milli Məclisin növbəti plenar iclası keçirilir, 22 məsələ müzakirə olunur
11:18
Prezident İlham Əliyev: Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır
11:16
Azərbaycan Prezidenti: Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır
11:14
Azərbaycan Prezidenti: "Zəngəzur dəhlizi vacib layihədir"
11:11
Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var
11:00
İsti havalarda necə geyinməliyik?
10:58
Prezident: “Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik”
10:57
BMU nazirliyin proqramında I yeri tutdu - Fotolar
10:55
Azərbaycan Prezidenti: “Heç vaxt işğalla barışmayın”
10:51
Azərbaycan Prezidenti: Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik
10:49
2026-cı ilin I yarısında "131" çağrı mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb
10:46
Prezident: "Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir"
10:44
İsmayıllıda BƏDBƏXT HADİSƏ: 5 yaşlı uşaq HOVUZDA BOĞULDU
10:42
NATO sammitinə Trampı öldürməyi planlaşdırıblar - KİV
10:40
Bodrumda restoranda silahlı insident: Ölən var
10:38
İlham Əliyev: ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulmasına ümid edirəm
10:36
Azərbaycan Prezidenti: "Sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz"
10:34
Prezident: "Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil"
10:32
Azərbaycan Prezidenti: "Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq"
10:30
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR