Yeni zelandiyalı məşhur aktyor Sem Nill 78 yaşında vəfat edib.
EDnews xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Aktyor Avstraliyanın Sidney şəhərində dünyasını dəyişib. Ailəsinin yaydığı açıqlamada bildirilib ki, o, yaxınlarının əhatəsində vəfat edib.
Sem Nill beş onillikdən artıq davam edən karyerası ərzində onlarla film və serialda rol alıb.
O, daha çox “Yura dövrü parkı” (“Jurassic Park”) filmində doktor Alan Qrant obrazı ilə tanınıb. Aktyor həmçinin “Peaky Blinders” və “The Piano” kimi ekran işlərində də çəkilib.
Qeyd edək ki, Sem Nill 2023-cü ildə ona nadir qan xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdı.








