Böyük Britaniyada keçirilən xeyriyyə tədbiri zamanı maraqlı hadisə yaşanıb.
EDnews xəbər verir ki, bu barədə ABŞ-nin “Page Six” nəşri məlumat yayıb.
Məlumata görə, iyulun 11-də Birmingem yaxınlığındakı Maksstok qəsrində “Scotty’s Little Soldiers” xeyriyyə təşkilatının ənənəvi yay festivalı keçirilib. Tədbirdə iştirak edən Şahzadə Harri keçilərlə yoqa məşğələsinə qatılıb.
Məşq zamanı balaca keçilərdən biri Şahzadə Harrinin üzərinə tullanaraq qasıq nahiyəsinə dəyib. Harri hadisəyə gülərək reaksiya verib və əlləri ilə həmin nahiyəni qoruyub. Daha sonra o, tədbirdə iştirak edən ailələrlə birlikdə keçiləri yemləyib və onlarla vaxt keçirib.
Qeyd edək ki, bu, Şahzadə Harrinin Böyük Britaniyaya son səfəri çərçivəsində qatıldığı son ictimai tədbir olub.








