IV Şuşa Qlobal Media Forumundan VERİLƏN MESAJLAR

IV Şuşa Qlobal Media Forumundan <span class="text-danger">VERİLƏN MESAJLAR</span>

"Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın milli maraqları, beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz mövqeyi və regional proseslərlə bağlı çox mühüm mesajlar verdi".

Bunu millət vəkili Ceyhun Məmmədov EDnews-a açıqlamasında deyib:

Ceyhun-Məmmədov-Şuşa-Qlobal-Media-Forum-Açıqlama.jpg

"Dövlət başçısı həm 907-ci düzəlişin ləğvinin vacibliyinə, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rola xüsusi diqqət çəkdi. Forumda səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyini bir daha nümayiş etdirdi. Ölkə başçısı çıxışı zamanı Avropa Şurası Parlament Assambleyasının və digər Avropa təsisatlarının Azərbaycana qarşı uzun illər ərzində sərgilədiyi ədalətsiz yanaşmaya toxundu. Həmin qurumlar yol verdikləri səhvləri etiraf etməli və ölkəmizə münasibətdə daha obyektiv mövqe nümayiş etdirməlidirlər. Azərbaycan uzun illər işğala məruz qalan tərəf olsa da, bəzi beynəlxalq dairələr tərəfindən əsassız ittihamlarla üzləşib. Halbuki işğalçı tərəf Ermənistan idi. Artıq Qərb bunu açıq şəkildə qəbul və etiraf etməlidir”.

Ceyhun Məmmədov qeyd edib ki, dövlət başçısının ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişlə bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır:

“Vaxtilə qəbul olunan bu qərar tamamilə ədalətsiz idi. İşğala məruz qalan Azərbaycan olduğu halda, sanksiya tətbiq edilən də məhz ölkəmiz oldu. Amerika Birləşmiş Ştatları bu düzəlişin tam ləğvi istiqamətində konkret addımlar atmalıdır. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan da geniş bəhs edib. Bu gün Azərbaycan bir sıra Avropa ölkələrinə qaz ixrac edir. Ölkəmizin enerji tərəfdaşlarının sayı getdikcə artır. Suriyaya Azərbaycan qazının ixracı məsələsinin gündəmə gətirilməsi də Azərbaycanın enerji coğrafiyasının genişləndiyini göstərir”, -deyə o bildirib.

Deputat əlavə edib ki, Azərbaycan-ABŞ münasibətləri ilə bağlı səsləndirilən fikirlər Forumun ən mühüm məqamlarından biri olub. Ceyhun Məmmədovun sözlərinə görə, Şuşa Qlobal Media Forumu dünyada gedən proseslərin təhlili, qlobal çağırışların müzakirəsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm platformaya çevrilib.  

Qeyd edək ki, iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Aytac Kərimova | EDnews 

 

Xəbər xətti

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
17:35
Netanyahu üçün "sınaq imtahanı": Seçki Yaxın Şərqdə nəyi dəyişəcək?
17:30
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:26
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
17:22
Baş nazir Rusiyanın səhiyyə naziri ilə görüşdü
17:18
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17:14
Aİ Moldovanın hava hücumundan müdafiə sisteminə 120 milyon ayıracaq
17:08
ABŞ Hörmüz boğazını nəzarətə götürür- Tramp
17:07
Şahruddin "Qarabağ"dan ayrılır? - Klubdan AÇIQLAMA
17:00
Makron Aİ ölkələrini silah istehsalını artırmağa çağırdı
16:41
Macarıstan parlamentinin fövqəladə iclası müxalifətsiz başladı
16:35
Rafael Ağayevə ağır itki
16:23
NATO tarixinin ən böyük böhranını yaşayır - Sabiq nümayəndə
16:20
Şri-Lankada denq həyəcanı
16:15
Velosiped oğurları saxlanıldılar
16:11
IV Şuşa Qlobal Media Forumundan VERİLƏN MESAJLAR
16:06
Aİ azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq
15:55
Səna hava limanı vuruldu - SON DƏQİQƏ!
15:42
Geomaqnit qasırğası gözlənilir
15:33
Hikmət Hacıyev “TikTok” və “LinkedIn” rəsmiləri ilə uşaqların onlayn müdafiəsini müzakirə edib
15:13
Oğuzda kişi MEYİTİ TAPILIB
15:10
ABŞ İrana raket zərbəsi endirdi
15:00
Dani Roxas peşəkar futbolda debüt edib
14:50
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
14:43
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı
14:39
Peter Teyz: "Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edir"
14:33
1421, 8 hektar ərazi minalardan təmizlənib
14:28
"Zəngəzur dəhlizi regionun iqtisadi xəritəsini dəyişəcək" – MİLLƏT VƏKİLİ
14:21
FETÖ-yə qarşı 9 mindən çox əməliyyat keçirilib
14:10
Peskov Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı danışdı
13:57
“Bavi” qasırğası Çini vurdu
13:43
Suraxanıda abadlıq işləri aparıldı
13:32
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
13:23
Abşeronda evdən oğurluq edildi
13:10
Səudiyyə həbsxanalarında onlarla efiopiyalı edam növbəsindədir
13:08
39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:07
Paris yaxınlığında 800 hektarlıq meşə yandı
13:06
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:04
Ukrayna Rusiyanın 105 gəmisini vurub
13:02
Neymar məğlubiyyətdən sonra belə görüntüləndi
13:00
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq
12:59
Ağdam, Ağdərə və Xocavənddə əməyin mühafizəsinə dair 18 tədbir keçirilib
12:57
Kallas: Aİ Ermənistanda missiya yerləşdirəcək
12:51
Kobaxidze: ATƏT Gürcüstanda hökumətin dəyişdirilməsi prosesinə cəlb olunub
12:48
Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır
12:44
Lavrov Tehrana səfər edəcək
12:41
ABŞ-nin Küveytdəki bazasının qorunmasında boşluq olub? - Hərbçilərdən etiraz
12:38
Prezident: "Mərkəzi Asiya və Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir"
12:36
Azərbaycan Prezidenti: "Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir"
12:30
Məşhur aktyor vəfat etdi
12:29
İlham Əliyev: "Azərbaycan-Özbəkistan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır"
12:28
Keçi Şahzadə Harriyə hücum etdi
12:26
Eks-idarə rəisi ilk iclasda həbs edildi
12:25
Rusiyadan Çeçenistan prezidentinə jest
12:23
İlham Əliyev Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb
12:19
Prezident: "Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir"
12:17
Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub
12:13
Dövlət başçısı: Afrika İttifaqına sədrlik edən ölkə BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır
12:11
Prezident: Qazaxıstanla fəal əməkdaşlıq olmadan Xəzər regionunda nəqliyyat layihəsi həyata keçirmək mümkün deyil
12:09
Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:06
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR