Məsafədən iş kimlərə şamil olunacaq? - AÇIQLAMA

Məsafədən iş kimlərə şamil olunacaq? <span class="text-danger">- AÇIQLAMA</span>

"Əmək qanunvericiliyinə məsafədən iş anlayışının daxil edilməsi mühüm dəyişiklikdir. Lakin yalnız bu anlayışın qanuna əlavə olunması və bir neçə maddəyə dəyişiklik edilməsi məsafədən işin tam şəkildə tənzimlənməsi üçün kifayət deyil".

Bunu hüquqşünas Sahib Məmmədov EDnews-a açıqlamasında bildirib.

Sahib-Məmmədov-Hüquqşünas-Açıqlama.jpg

Onun sözlərinə görə, məsafədən iş geniş anlayışdır və onun müxtəlif formaları var:

“Birinci forma ondan ibarətdir ki, işçinin əsas iş yerində konkret iş məkanı olmur və o, işini tam şəkildə məsafədən yerinə yetirir. İkinci forma hibrid iş modelidir. Bu halda işçi həm iş yerində çalışır, həm də müəyyən işləri məsafədən icra edir. Üçüncü forma isə birdəfəlik və ya layihə əsaslı məsafədən işdir. Məsələn, hansısa layihə üçün işçi cəlb olunur və o, tapşırıqları məsafədən yerinə yetirir”, - deyə hüquqşünas qeyd edib.

Sahib Məmmədov bildirib ki, fövqəladə hallar zamanı tətbiq olunan məsafədən iş forması da mövcuddur. Pandemiya dövrü və bu kimi digər oxşar hallarda işçilərin stasionar qaydada iş yerində fəaliyyət göstərməsi mümkün olmadığından işlər məsafədən həyata keçirilə bilər. Hazırkı tənzimləmədə isə hələ də açıq qalan məsələlər var. Xüsusilə dövlət orqanlarında məsafədən işin tətbiqi üçün əlavə hüquqi mexanizmlərə ehtiyac duyulur:

“Hansı peşə və vəzifələrdə məsafədən işin mümkün olduğu müəyyənləşdirilməlidir. Bu, ya Nazirlər Kabinetinin qərarı, ya da Prezidentin fərmanı ilə tənzimlənməlidir. Hazırda dövlət orqanları öz təşəbbüsü ilə istənilən şəxsi məsafədən işə götürə bilməzlər. Kommersiya qurumları məsafədən iş modelini tətbiq edə bilərlər. Amma burada da çoxlu açıq qalan məsələlər mövcuddur. Məsələn, işçi öz evindən və ya başqa məkandan işləyirsə, öz avadanlığı, interneti və elektrik enerjisindən istifadə edirsə, bu xərclərin kim tərəfindən ödəniləcəyi sual doğurur. Kommersiya qurumları bu məsələni daxili razılaşmalarla həll edə bilər. Lakin dövlət orqanlarında bu cür məsələlərin tənzimlənməsi daha mürəkkəbdir”, - deyə hüquqşünas əlavə edib.

O qeyd edib ki, ən vacib məsələlərdən biri də əmək mühafizəsi ilə bağlıdır. İş yerində işçinin əmək mühafizəsinə görə məsuliyyəti işəgötürən daşıyır. İşəgötürən işçini istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta etdirir. Əgər işçinin başına iş yerində hadisə gələrsə, müvafiq sığorta şirkəti kompensasiya ödəyir:

"Lakin məsafədən iş zamanı bu məsələ tam aydın deyil. İşəgötürən ofisdə işçiyə nəzarət edə bilir, əmək mühafizəsi qaydalarının pozulması halında onu xəbərdar edir və ya məsuliyyətə cəlb edir. Lakin işçi evdən, başqa ofisdən, ictimai məkandan, hətta açıq havadan işləyirsə, bu nəzarətin necə həyata keçiriləcəyi sual yaradır”, - deyə Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, işçi məsafədən işlədiyi vaxt təhlükəli bir yerdə oturub işləyərsə və ya xəsarət alarsa, bunun istehsalat hadisəsi sayılıb-sayılmayacağı aydın deyil:

"İşçi iş vaxtı şəxsi avtomobili ilə hərəkətdə olarkən qəza keçirərsə, bunun sığorta hadisəsi hesab edilib-edilməyəcəyi də qanunvericilikdə dəqiq tənzimlənməyib. Başqa bir misal: işçi ofisdə işlədiyi zaman çay üzərinə dağılarsa və xəsarət alarsa, bu, müəyyən hallarda istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilə bilər. Amma eyni hadisə evdə və ya başqa məkanda məsafədən iş zamanı baş verərsə, onun necə qiymətləndiriləcəyi hələ açıq qalır”, - deyə o qeyd edib.

Sahib Məmmədov hesab edir ki, bu səbəbdən məsafədən işlə bağlı yalnız Əmək Məcəlləsində deyil, digər qanunvericilik aktlarında da dəyişikliklərə ehtiyac var. Xüsusilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik edilməlidir:

"Məsafədən işin tətbiqi üçün əvvəlcə hansı vəzifə və peşələrin bu formata uyğun olduğu müəyyənləşdirilməlidir. Habelə məsafədən işlə bağlı müəyyən imtiyazların kimlərə şamil olunacağı da aydınlaşdırılmalıdır. Eləcə də məsafədən işləyən şəxsin öz avadanlığı, interneti, elektrik enerjisi və digər resurslarından istifadə etməsi məsələsi də hüquqi baxımdan tənzimlənməlidir. Əgər bu xərclər işçinin üzərinə düşürsə, onların necə kompensasiya ediləcəyi müəyyən olunmalıdır. Dövlət qurumlarında isə bunun üçün büdcədə ayrıca vəsait nəzərdə tutulmasına ehtiyac yarana bilər.

Hüquqşünasın fikrincə, belə bir iş modeli həm işəgötürən, həm də işçi üçün müəyyən üstünlüklər yarada bilər:

“Məsələn, hansısa qurumun ofisi 20 nəfər üçün nəzərdə tutulubsa, lakin iş həcmi daha çoxdursa və əlavə işçilərə ehtiyac yaranırsa, həmin işçilərin bir hissəsinin məsafədən çalışması işəgötürən üçün daha sərfəli ola bilər. Bununla yanaşı, belə bir model, işçi üçün də əlverişlidir. Çünki bəzi hallarda işçi gün ərzində yalnız işə gedib-gəlməyə bir neçə saat vaxt itirir. Məsafədən iş zamanı isə həmin vaxt itki hesab olunmur".

Aytac Kərimova | EDnews 

Xəbər xətti

Evdə ölü tapılan aktrisa Ece İrtemin ölüm səbəbi açıqlandı
21:42
Türkiyə və Böyük Britaniya müdafiə tərəfdaşı oldular - SƏNƏD İMZALANDI
21:30
FIFA Fransanın tələbini rədd etdi
21:26
Balakəndə selin apardığı kişinin MEYİTİ TAPILDI
21:19
Rusiya diplomatı Litva XİN-ə çağırıldı
21:18
“Zirə”dən ikinci qol - Yenilənir
21:11
NATO ölkələri müdafiə xərclərini artırmağa razılaşıb - TRAMP
21:10
Tramp İranla bağlı fikrini dəyişdi: “Onlar rasional davranmırlar”
21:03
Trampdan sərt mesajlar: Sönmüş ocaqlar yenidən alovlanır?
21:00
Biləsuvarda qeyri-adi təbiət hadisəsi – Qum burulğanı kameraya düşdü
20:56
Növbəti NATO Zirvə Görüşü bu ölkədə keçiriləcək
20:51
Aktrisa Luiza Lasser vəfat edib
20:41
İran ordusu 8 hərbçinin həlak olduğunu açıqladı
20:29
Rusiya dizel yanacağının ixracına QADAĞA QOYDU
20:13
Nazir “SABAH-ın Məzunu 2026”da - Fotolar
20:10
Məsafədən iş kimlərə şamil olunacaq? - AÇIQLAMA
20:07
Qurban Qurbanov Kamilo Duranın "Seltik"ə transferindən danışdı
20:00
Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub
19:49
YAP-ın təşkilat sədri saxlanıldı-Xaçmazda ƏMƏLİYYAT
19:30
Rütte Trampa GÖRƏ İMTİNA ETDİ
19:12
İsrail ordusu: "HƏMAS-ın "Nuhba" xüsusi təyinatlı dəstəsinin komandiri məhv edildi"
18:43
Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
18:22
Liderlərin ailə fotosu çəkilərkən Trampı görməzdən gəldi
18:17
ABŞ Ukrayna üzərində hava məkanını BAĞLAYACAQ
18:05
Balidə BU ŞƏXSLƏRƏ QADAĞA
17:36
Vaşinqtondan Kiyevə yeni hərbi dəstək: “Patriot” lisenziyası veriləcək
17:25
Trampdan PROQNOZ: "Müharibənin sonu yaxınlaşdıra bilər" XƏBƏR YENİLƏNİR
17:18
Trampdan ETİRAF: "BU GECƏ İRANA AĞIR ZƏRBƏLƏR ENDİRƏCƏYİK"
17:16
Nazirliyin qoyunlarını oğurladı: 2 İLDƏN ÇOX HƏBS VERİLDİ
17:00
Sabunçuda ər-arvadın evdə meyitləri tapıldı
16:16
Metroda “Qarabağ”a görə iş rejimi dəyişir
16:12
Türkiyə hava müdafiəsinə 24 milyard dollar ayırır - Ərdoğan
15:56
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
15:42
Şuşada bunu etmək qadağan edildi - PREZİDENTDƏN FƏRMAN
15:34
Pirşağıda maşınlar niyə quyuya düşür? - RƏSMİ AÇIQLAMA
15:33
Prezident diplomatlara yeni rütbələr verdi - SİYAHI
15:29
Fazil Mustafadan SƏRT CAVAB: "Bu ağılla Sərdar Cəlaloğlu gərək..."
15:24
DİN Xaçmazda əməliyyat keçirdi: "MAKAROV" TAPANÇA, HEROİN....
15:15
Ankara NATO-nun yeni güc mərkəzinə çevrilir!
15:08
Tramp: "Amma mənim xahişimə görə bunu etmədi"
14:59
Rusiyaya İŞLƏMƏYƏ GEDƏNLƏRİN NƏZƏRİNƏ: Qaydalar dəyişir
14:52
Heqsetin İsrailə səfəri ləğv olundu - SƏBƏBi AÇIQLANDI
14:42
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov VƏFAT ETDİ
14:39
Beynəlxalq dərəcəli hakim U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
14:29
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI birinci müavin təyin edildi
14:26
“Seltik”in baş məşqçisi Kamilo Duranın transferini təsdiqlədi
14:25
903 Ukrayna dronu vuruldu
14:23
Azərbaycanlı alim Misirdə təltif edilib - FOTO
14:09
Çimərliklərdə hava necə olacaq?
13:48
NATO liderləri Ankarada ailə fotosu çəkdirdilər - FOTO
13:38
Köç karvanı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə çatdı - YENİLƏNDİ
13:31
35 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:14
10 kiloqrama yaxın heroin, həşiş və marixuana GÖTÜRÜLDÜ
13:05
Tramp: İranla memorandum qüvvəsini itirib
12:42
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir
12:40
Tramp: "İranla atəşkəs bitdi"
12:38
Bakıda Yaşıl Enerji Dəhlizinin nazirlər görüşü BAŞLADI
12:29
Azərbaycan və İordaniya viza rejimini LƏĞV EDİR
12:28
Beynəlxalq qadağadan sonra Nepal yığmasında İSTEFA
12:25
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI
12:20
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR