Türkiyə ilə Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacaq strateji tərəfdaşlıq sazişi imzalanıb.
EDnews Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində baş tutan görüş zamanı rəsmiləşdirilib.
Razılaşma iki ölkə arasında təhlükəsizlik və müdafiə siyasəti üzrə siyasi-hərbi dialoqun genişləndirilməsini nəzərdə tutur.
Saziş çərçivəsində tərəflər çəkindirmə və müdafiə, hərbi əməkdaşlıq, müdafiə sənayesi və texnologiyaları, kibertəhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə, terrorizmlə mübarizə, mülki hazırlıq və dayanıqlılığın artırılması, həmçinin kosmik sahədə əməkdaşlığı yeni mexanizmlər vasitəsilə daha da inkişaf etdirəcəklər.







