ABŞ-nin hərbi naziri Pit Heqset bu gün İsrailə planlaşdırılan səfərini ləğv edib.
EDnews xəbər verir ki, bu barədə “Yerusalim Post” məlumat yayıb.
Məlumata görə, o, səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katzla görüşməli idi.
Qeyd edək ki, səfərin ləğv edilməsinə səbəb ABŞ-nin İrana hücumları göstərilib.






