Azərbaycanda yanvar-iyun aylarında yararlıq müddəti bitmiş, saxlanma şərtlərinə riayət edilməyən və dövlət qeydiyyatı olmayan 157 adda, ümumilikdə 418 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.
Bu barədə EDnews -un sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə aparılan nəzarət tədbirləri çərçivəsində 107 əczaçılıq müəssisəsində ciddi nöqsanlar aşkarlanıb.
Nöqsanlara yol verən müəssisə sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.







