Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca kanalizasiya kollektorlarının tikintisi aparılır.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) EDnews-un sorğusuna cavab olaraq bildirilib.
Rəsmi məlumatda qeyd olunub ki, Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.
Agentlikdən bildirilib ki, tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.









