Nazirliyin qoyunlarını oğurladı: 2 İLDƏN ÇOX HƏBS VERİLDİ

Nazirliyin qoyunlarını oğurladı: <span class="text-danger">2 İLDƏN ÇOX HƏBS VERİLDİ</span>

Zaqatalada dövlətə məxsus xırdabuynuzlu heyvanları oğurlayan şəxsə hökm oxunub.

EDnews "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayında Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən yaşayış evinə bitişik tövləyə qanunsuz daxil olaraq ümumilikdə 27 baş xırdabuynuzlu heyvan oğurlayıb. Oğurlanan heyvanlardan 20 başı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinə (DMA), 7 başı isə ev sahibinə məxsus olub.

Nəticədə ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən DMA-ya 6 631.6 manat, heyvanların saxlandığı evin sahibinə isə 1 000 manat maddi ziyan dəyib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl çay kənarında işləyərkən tövlədəki heyvanları görüb və pula ehtiyacı olduğu üçün onları oğurlamaq qərarına gəlib. Gecə saatlarında qapısında qıfıl olmayan tövləyə daxil olaraq heyvanları çıxarıb, çay yatağı ilə başqa bir bağa aparıb.

Onun ifadəsinə görə, daha sonra tanışına zəng edib həmin yerə gəlməsini istəyib. Tanışına heyvanları oğurladığını və pula ehtiyacı olduğunu dedikdən sonra həmin şəxs 5 baş heyvanı alacağını bildirib. Təqsirləndirilən şəxs qalan 22 baş heyvanı bağda saxlayaraq evinə gedib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ev sahibinə dəymiş 1000 manat maddi ziyanı ödədiyini, əməlindən peşman olduğunu və ilk dəfə məhkum edildiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

Zərərçəkmiş ev sahibi isə oğurluğun bir nəfər tərəfindən törədilməsinin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, bu sayda heyvanın gecə saatlarında tövlədən çıxarılması və başqa yerə aparılması üçün ən azı bir neçə nəfərin iştirakı lazım olub. O, təqsirləndirilən şəxsin tanışının da məsuliyyətə cəlb edilməli olduğunu deyib.

DMA-nın nümayəndəsi isə məhkəmədə dövlətə vurulan ziyanın ödənilmədiyini bildirərək oğurlanmış dövlət əmlakının geri qaytarılmasını tələb edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun həbsdə və ev dustaqlığında olduğu 4 ay 17 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Xəbər xətti

Liderlərin ailə fotosu çəkilərkən Trampı görməzdən gəldi
18:17
ABŞ Ukrayna üzərində hava məkanını BAĞLAYACAQ
18:05
Balidə BU ŞƏXSLƏRƏ QADAĞA
17:36
Vaşinqtondan Kiyevə yeni hərbi dəstək: “Patriot” lisenziyası veriləcək
17:25
Trampdan PROQNOZ: "Müharibənin sonu yaxınlaşdıra bilər" XƏBƏR YENİLƏNİR
17:18
Trampdan ETİRAF: "BU GECƏ İRANA AĞIR ZƏRBƏLƏR ENDİRƏCƏYİK"
17:16
Nazirliyin qoyunlarını oğurladı: 2 İLDƏN ÇOX HƏBS VERİLDİ
17:00
Sabunçuda ər-arvadın evdə meyitləri tapıldı
16:16
Metroda “Qarabağ”a görə iş rejimi dəyişir
16:12
Türkiyə hava müdafiəsinə 24 milyard dollar ayırır - Ərdoğan
15:56
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
15:42
Şuşada bunu etmək qadağan edildi - PREZİDENTDƏN FƏRMAN
15:34
Pirşağıda maşınlar niyə quyuya düşür? - RƏSMİ AÇIQLAMA
15:33
Prezident diplomatlara yeni rütbələr verdi - SİYAHI
15:29
Fazil Mustafadan SƏRT CAVAB: "Bu ağılla Sərdar Cəlaloğlu gərək..."
15:24
DİN Xaçmazda əməliyyat keçirdi: "MAKAROV" TAPANÇA, HEROİN....
15:15
Ankara NATO-nun yeni güc mərkəzinə çevrilir!
15:08
Tramp: "Amma mənim xahişimə görə bunu etmədi"
14:59
Rusiyaya İŞLƏMƏYƏ GEDƏNLƏRİN NƏZƏRİNƏ: Qaydalar dəyişir
14:52
Heqsetin İsrailə səfəri ləğv olundu - SƏBƏBi AÇIQLANDI
14:42
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov VƏFAT ETDİ
14:39
Beynəlxalq dərəcəli hakim U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
14:29
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI birinci müavin təyin edildi
14:26
“Seltik”in baş məşqçisi Kamilo Duranın transferini təsdiqlədi
14:25
903 Ukrayna dronu vuruldu
14:23
Azərbaycanlı alim Misirdə təltif edilib - FOTO
14:09
Çimərliklərdə hava necə olacaq?
13:48
NATO liderləri Ankarada ailə fotosu çəkdirdilər - FOTO
13:38
Köç karvanı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə çatdı - YENİLƏNDİ
13:31
35 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:14
10 kiloqrama yaxın heroin, həşiş və marixuana GÖTÜRÜLDÜ
13:05
Tramp: İranla memorandum qüvvəsini itirib
12:42
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir
12:40
Tramp: "İranla atəşkəs bitdi"
12:38
Bakıda Yaşıl Enerji Dəhlizinin nazirlər görüşü BAŞLADI
12:29
Azərbaycan və İordaniya viza rejimini LƏĞV EDİR
12:28
Beynəlxalq qadağadan sonra Nepal yığmasında İSTEFA
12:25
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI
12:20
Azərbaycan və İordaniya XİN başçıları DANIŞIQLAR APARIR
12:17
NATO sammitində Polşa-Ukrayna gərginliyi: Navrotski Zelenski ilə danışdı
12:13
Tort da hazırdır: Tramp "qızı" ilə görüşəcək?
12:06
Rəşad Ağayevə yüksək vəzifə verildi
12:03
Ali Məhkəmənin Plenumunun iclası keçirilib - FOTOLAR
11:58
SON DƏQİQƏ! Bu ölkələr üzərindən UÇUŞLAR QADAĞAN EDİLDİ
11:50
Emmanuel Makrondan Ankarada səhər idmanı
11:47
Həmin quyuya DAHA BİR MAŞIN DÜŞDÜ
11:43
Bakıda şahmat turniri keçiriləcək - MÜKAFAT FONDU 30 MİN MANAT
11:33
Konstitusiya Məhkəməsindən YENİ QƏRAR
11:28
Əksər yerlərə yağış yağır, külək əsir - FAKTİKİ HAVA
11:27
Dənizdə batan 16 yaşlı oğlanın meyiti TAPILIB
11:24
"Trampın Ukraynaya münasibəti dəyişir" - Aleksandr Merejko
11:22
Ramiz Yunus: "Bu, Kremlin Azərbaycana açıq siyasi mesajıdır"
11:05
Azərbaycan Prezidenti İordaniya Kralını ölkəyə səfərə dəvət edib
11:04
Livan Prezidenti ABŞ-yə səfər edəcək
11:02
İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib
10:58
Bakı-Boliviya diplomatik əlaqələrinin 30 ili tamam olur
10:52
Dərnəgül yolunda ağır qəza: SÜRÜCÜ ÖLDÜ
10:48
İrandan sərt bəyanat: “Təslim olmayacağıq”
10:43
İraqda Xamenei ilə VİDALAŞIRLAR
10:33
Azərbaycan və Türkmənistan arasında növbəti komissiya iclası keçiriləcək
10:28
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR