Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi logistika mərkəzlərinə, yanacaq, enerji və nəqliyyat infrastrukturu obyektlərinə, eləcə də sursat anbarlarına zərbələr endirib.
EDnews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində səkkiz idarə olunan bomba və 903 Ukrayna dronunu vurub", - məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi, həmçinin son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhələr üzrə təxminən 1400 hərbçi itirdiyini açıqlayıb.








